Accessibility links

Human Rights Watch təşkilatının Moskva ofisində axtarış aparılıb


human rights watch
human rights watch
Human Rights Watch təşkilatının Moskva ofisində axtarış aparılıb.

Rusiyanın Baş Prokurorluq və Vergi İdarəsi rəsmiləri Transparency International-da da reyd keçirib.

Rusiyanın Tatarıstan Respublikasında yerli insan hüquqları müdafiəsi qrupu Aqoranın qərargahında yoxlanış aparılıb.

Avropa İttifaqının xarici əlaqələr şöbəsinin rəhbəri Katrin Eşton GHT-lərə qarşı təftişləri vətəndaş cəmiyyətlərinin fəaliyyətinin məhdudlaşdırılması cəhdi kimi qiymətləndirib.

Bazar ertəsi günü Moskvada Amnesty International-ın baş qərargahında axtarış aparılıb.

Təşkilatın Rusiya ofisinin direktoru Sergey Nikitin bildirib ki, Rusiya prokurorluğu və vergi polisinin xəbərdarlıqsız keçirdiyi reydi zamanı hökumətə təqdim edilmiş sənədlər yenidən tələb edilib.

Bundan əvvəl onlarla QHT-də redlər keçirilib.

Rusiya prezidenti Vladimir Putin ötən iyul ayında xaricdən maliyyələşdirilən və siyasi fəaliyyətlərlə məşğul olan GHT-lərin xarici agentliklər kimi Ədliyyə Nazirliyində qeydə alınmasına dair sərəncam imzalayıb.

Keçən həftə Amnesty International, Human Rights Watch and Dublində yerləşən Front Line Defenders-in birgə bəyanatında yoxlanışlar pislənmişdi.
XS
SM
MD
LG