Azərbaycan polisi martın 10-da Bakıda keçirilən dinc etiraz aksiyasını dağıtmaq üçün hədsiz güc tətbiq edib. Yüzdən çox etirazçı həbs olunub, 24 nəfər inzibati həbsə məruz qalıb və ya cərimə edilib.
Üç siyasi fəal aksiyadan iki gün öncə şübhəli ittihamla həbs olunub. Hökumət dinc etiraz aksiyasında iştiraka görə həbs olunanları azad etməlidir, hədsiz qüvvənin tətbiq olunması ilə bağlı qərəzsiz araşdırma aparmalıdır. Bu barədə Human Rights Watch təşkilatının bəyanatında deyilir.
“Azərbaycan hökuməti adamların öz etirazlarını dinc yolla ifadə etmək hüquqlarının görünməmiş dərəcədə pozulmasını nümayiş etdirir “, - təşkilat direktorunun Avropa və Asiya üzrə müavini Reyçel Denber bildirib.
“Hakimiyyət saxlanılanları dərhal azad etməli və polisin hərəkətini araşdırmalıdır”, - o vurğulayıb.
Etirazçılar əsgər ölümlərinə son qoyulmasını tələb ediblər və öz tələblərini dinc şəkildə ifadə ediblər. Dərhal polis onların üzərinə atılaraq dağıtmağa başlayıb. Bu zaman su şırnağından və gözyaşardıcı qazdan istifadə olunub.
Azərbaycan polisi insanların zorakılıqla dağıdılmasına yol verməmək üçün beynəlxalq standartlara uyğun hərəkət etmək iqtidarında deyil. Onlarla adam həbs olunub, məhkəmələr bir neçə nəfərin barəsində hökm çıxarıb, digər 19 nəfər 300 manatdan 600 manatadək cərimə olunub.
Azərbaycan İnsan Hüquqları üzrə Avropa Konvensiyası da daxil olmaqla, bir sıra müqavilələrin iştirakçısıdır. Bu, hökumətin üzərinə toplaşma azadlığına hörmətlə yanaşma, nümayişçilərlə amansız davranışın qadağan olunması ilə bağlı öhdəliklər qoyur.
Polis həmçinin 8 martda aksiyasının üç fəalını həbs edib: Bəxtiyar Quliyev, Şahin Novruzlu və Məmməd Əzizov. Onlar mitinqə təhrikdə ittiham olunublar.
Bu fəallar Facebook-da “Heydər Əliyevin səhifəsi” adlı səhifəni idarə edirlər. Səhifədən hökumətin tənqidi ilə bağlı karikatura, satira üçün platforma kimi istifadə olunur.
Polis fəalların mənzillərində içində partladıcı maye olan butulkaların aşkarlandığını bildirib. Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyi isə bəyan edib ki, fəallar Facebook vasitəsilə adamları zorakılığa təhrik edib.
Hakimiyyət həbs olunanları müstəqil vəkillərlə təmin etməli və təzyiq altında verilmiş ifadələrin telekanallarda nümayişinə son qoymalıdır, təşkilatın nümayəndəsi vurğulayıb.