Accessibility links

Azərbaycanlılar BMT qarşısında "Əsgər ölümünə son!" dedi [Video - Fotoqalereya]


Azərbaycanlı gənclər əsgər ölümlərinə BMT baş qərargahının qarşısında etiraz edir
please wait

No media source currently available

0:00 0:02:04 0:00

Təşkilatçılar bu nümayişin Bakıda keçirilən aksiyaya dəstək mahiyyəti daşıdığını bildirib

Martın ayının 10-u Nyu-York, Massaçusets və Nyu-Cersidə yaşayan bir qrup azərbaycanlı Birləşmiş Millətlər Təşkilatının Nyu-York şəhərinin mərkəzindəki baş qərargahının önündə “Əsgər ölümlərinə son!” aksiyasına dəstək nümayişi keçirib. Təşkilatçıların Amerikanın Səsinə (www.amerikaninsesi.org) bildirdiyinə görə, yerli vaxtla saat 3:00-da başlayan aksiyada 15 nəfər iştirak edib. Aksiya iştirakçıları 1 saat ərzində “Əsgər ölümlərinə son!”, “ Biz demokratiya istəyirik!”, “Gənc fəalları sərbəst buraxın!” kimi şüarları ingilis dilində səsləndiriblər. Daha sonra nümayişin təşkilatçılarından Nyu-York Universitetinin tələbəsi Emil İsmayıl aksiyanın qətnaməsini İngilis və Azərbaycan dillərində səsləndirib. Qətnamədə deyilir:

  • Martın 10-u azərbaycanlı-amerikalılar və eləcə də ABŞ-da təhsil alan azərbaycanlı tələbələr İlham Əliyev rejiminin repressiv addımlarına qarşı səsimizi ucaltmaq üçün BMT baş qərargahının önündə toplaşmışıq. Biz Azərbaycanda bütün siyasi məhbusların azad edilməsini, gənc fəallara qarşı repressiyalara son qoyulması, orduda Azərbaycan əsgərlərinin öldürülməsinə son qoyulması və bu ölümlərin araşdırılması, ordu üzərində mülki nəzarətə icazə verilməsi, o cümlədən 2013-cü ilin oktyabrıbda azad, ədalətli seçkilər keçirməklə ölkədə demokratiyaya dinc keçidin təmin olunmasını tələb edirik. Biz habelə BMT-ni və beynəlxalq ictimaiyyəti Azərbaycandakı demokratik hərəkatı dəstəkləməyə çağırırıq.

Emil İsmayıl Amerikanın Səsinə bildirib ki, ətrafdakı insanlar aksiya ilə maraqlandan sonra onlardan bəziləri də nümayişə qoşulub. Onun sözlərinə görə, oxşar aksiyalar gələcəkdə də təşkil ediləcək: “Bu il seçki ili olduğundan Azərbaycanda daha çox repressiyalar olacağını düşünürük. Ona görə də, BMT baş qərargahı qarşısında daha çox etiraz aksiyaları təşkil edəcəyik. Bundan başqa məktublarla ABŞ konqresmenlərinə də müraciət etməyi düşünürük” – deyə azərbaycanlı tələbə Emil İsmayıl Amerikanın Səsinə bildirib.

XS
SM
MD
LG