Accessibility links

Berlin və İstanbuldan "10 mart aksiyası"na dəstək [Videolar]


İstanbulda "Əsgər ölümlərinə son" aksiyası
İstanbulda "Əsgər ölümlərinə son" aksiyası
Bu gün Türkiyənin İstanbul və Almaniyanın Berlin şəhərlərində martın 10-u saat 15:00-da Bakının Fəvvarələr meydanında keçirilən "Əsgər ölümlərinə son" aksiyasına dəstək aksiyaları keçirilib.

İstanbuldakı aksiya yerli vaxtla saat 3:00-da Taksim meydanında başlayıb. Aksiya iştirakçılarından Məcid Mərcanlının Amerikanın Səsinə bildirdiyinə görə nümayiş təşkilatçılardan birinin qətnamə oxuması ilə başlayıb. Qətnamədə Türkiyə mətbuatının da diqqətini sabahkı aksiyaya yönəltməsi tələb olunur. Daha sonra iştirakçıları "Əsgərimiz ölməsin, ordu morqa dönməsin!" kimi şüarlar səsləndirib. Məcid Mərcanlı 70-dən çox insanın iştirak etdiyi aksiyanın 30 dəqiqədən çox davam etdiyini bildirib.

Bu gün Berlinin mərkəzi meydanlarından birində də oxşar mahiyyətli aksiya keçirib. Aksiya iştirakçıları "Əsgər ölümlərinə son" aksiyasının iştirakçılarına dəstək olmaq və eləcə də Azərbaycanda son zamanlar qeyri-döyüş şəraitində əsgərlərin ölməsinə etiraz etdiklərini bildirib. Aksiya zamanı meydanda gəzən insanlara məlumatlandırıcı broşürlar paylanıb. Nümayiş zamanı habelə insanların diqqətini cəlb etmək üçün rokçu Camal Əli gitarada ifa edib.

İstanbuldan video



Berlindəki aksiyadan videonu buradan izləyin.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG