Accessibility links

Ata: İttihamlar oğlumluq deyil (Video)


Rasim Əzizov: İttihamlar oğlumluq deyil
please wait

No media source currently available

0:00 0:02:10 0:00

Rasim Əzizov: İttihamlar oğlumluq deyil

NİDA üzvlərinə qarşı ittihamları rədd edir, “Əsgər ölümünə yox!” aksiyasında iştirak edəcək və hər zaman qeyri-zorakılıq prinsiplərinə sadiq qalacaq

NİDA Vətəndaş Hərəkatının fəalları Bəxtiyar Quliyev, Şahin Novruzlu, Məmməd Əzizovun saxlanması əks reaksiyalar doğurub.

Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatına görə, NİDA-nın fəallarının yaşadığı mənzillərdən “Molotov kokteyli”, narkotik maddələr və pul aşkar edilib. Bunun əsasında gənclərə qarşı qanunsuz narkotik vasitələrin və partlayıcı maddənin saxlanması ilə bağlı ittiham irəli sürülüb.
NİDA Vətəndaş Hərəkatı qurumun üç fəalının evində axtarış zamanı “Molotov kokteyli” və narkotik maddələrin aşkar edilməsi barədə ittihamları rədd edir.

NİDA bəyan edir ki, hüquq-mühafizə orqanlarının bu əməliyyatı siyasi sifariş əsasında həyata keçirilib və məqsəd hakimiyyətin mövcud siyasətinə etiraz edənləri susdurmaq, demokratik dəyərlər uğrunda mübarizə aparan hər kəsi qorxutmaqdır.

“Üzvlərimizin həbsi zamanı onlardan “aşkarlanmış” müxtəlif narkotik vasitələr, yandırıcı maddələr və pul şərləmə əməliyyatının tərkib hissəsidir və rejimin hər zaman opponentlərinə qarşı istifadə etdiyi, lakin bu dəfə bir az daha genişləndirdiyi bayağı ssenarilərin oxşarıdır. Bu əməllər göstərir ki, qanunlar çərçivəsində, müstəqil fəaliyyət göstərməli olan hüquq-mühafizə orqanları, siyasi hakimiyyətin sifarişlərini yerinə yetirən əlaltıya çevrilib”, sənəddə vurğulanır.

Əməliyyat fəal gənclər üzərində rejimin total qorxusunu bərpa etmək, 2013-cü il prezident seçkisi ilində rəqiblərin gözlərini qorxutmaq, siyasi meydanı bəri başdan təzyiq altında saxlamaq və 10 mart, gənclərin planlaşdırdığı “Əsgər ölümlərinə son” aksiyasının qarşısını almaq üçün qabaqlayıcı addımdır.

NİDA yerli və beynəlxalq ictimaiyyətin, hüquq - müdafiə təşkilatlarının və ictimai-siyasi qurumların məsələyə reaksiya verməsini və daha çevik münasibət bildirməsini gözləyir.

NİDA Vətəndaş Hərəkatı
NİDA Vətəndaş Hərəkatı
NİDA həmçinin qeyd edir ki, öz fəaliyyətində qeyri-zorakı mübarizə üsullarına tərəfdardır.

NİDA hakimiyyətin 10 mart aksiyasında da provokasiyalara əl ata biləcəyini istisna etmir və bildirir ki, təşkilatın üzvləri aksiyada iştirak edəcəklər və hər zaman qeyri-zorakılıq prinsiplərinə sadiq qalacaqlar.

Eyni zamanda, həbs edilən fəalların ailələri də onlara qarşı ittihamları rədd edir. Ailələr narkotik və partlayıcı maddənin MTN əməkdaşları tərəfindən evlərinə gətirildiyini idda edir.

Şahin Novruzlunun ailəsi Amerikanın Səsinə bildirib ki, martın 7-də Şahin Novruzlunun yaşadığı evə 7 nəfər MTN əməkdaşı və 2 hal şahidi gəlib.

“Molotov kokteyli”ni və narkotik maddəni onların gözü qarşısında evə gətiriblər və çəkiliş zamanı ailə üzvləri MTN əməkdaşlarının narkotiki və “Molotov kokteyli”nin evə gətirlməsinə etiraz edib.

“Bu zaman ailə ilə MTN əməkdaşları arasında mübahisə yarandı. Bunların hamısı MTN-nin apardığı çəkilişdə var”, ailə üzvlərindən biri bildirib.

“Onlar kokteyli qapımızın ağzına qoydular”, qeyd ediblər.

Ailə evdən götürülmüş 94 min manat pulun onlara məxsus olduğunu bildirib.

“Bu pulu biznes qurmaq üçün qohumlarımızdan toplamışıq”, Amerikanın Səsinə bildiriblər.

“Şahin Novruzlunun 18 yaşı hələ tamam olmayıb, o siqaret belə çəkmir”, ailə bildirib.
Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Məmməd Əzizovun atası Rasim Əzizov isə Amerikanın Səsinə oğlunun narkotiklə bağlı olmadığını bildirib.

O indiyədək istintaq orqanının onun ailəsi ilə əlaqə saxlamadığını, oğlunun harada saxlanması barədə məlumat verilmədiyini deyib.

“Televizorda verilən məlumatdan başqa heç nə bilmirəm. Mən Şəkidə yaşayıram, Televizordan məlumatı eşidib Bakıya gəlmişəm. Mən bilən oğlum siqaret çəkmirdi. Mən onu nə siqaret çəkən, nə də spirtli içki qəbul edən görməmişəm. Bəlkə də kimdənsə nəsə alıb, olub, ondan xəbərim yoxdur. Amma, narkotik, o mənim oğlumluq deyil. 100 faiz ona inanıram. Oğluma özümdən çox inanıram”, - deyə ata qeyd edib.

Rasim Əzizov oğlunun kirayədə yaşadığını təsdiq edib.

“Kirayə qaldığı yer bir az pis idi. Oranı dəyişmişdi. Bunu bilirəm. Gəlmişdim ki, oğlumu görüm. O da qismət olmadı. Oğlumun kirayədə yaşadığı evə də getməmişəm”, ata bildirib.​
XS
SM
MD
LG