Rasim Əzizov: İttihamlar oğlumluq deyil
Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Məmməd Əzizovun atası Rasim Əzizov isə Amerikanın Səsinə oğlunun narkotiklə bağlı olmadığını bildirib. O indiyədək istintaq orqanının onun ailəsi ilə əlaqə saxlamadığını, oğlunun harada saxlanması barədə məlumat verilmədiyini deyib. “Televizorda verilən məlumatdan başqa heç nə bilmirəm. Mən Şəkidə yaşayıram, Televizordan məlumatı eşidib Bakıya gəlmişəm. Mən bilən oğlum siqaret çəkmirdi. Mən onu nə siqaret çəkən, nə də spirtli içki qəbul edən görməmişəm. Bəlkə də kimdənsə nəsə alıb, olub, ondan xəbərim yoxdur. Amma, narkotik, o mənim oğlumluq deyil. 100 faiz ona inanıram. Oğluma özümdən çox inanıram”, - deyə ata qeyd edib.
Episodes
-
Mart 14, 2025
Ukraynada azərbaycanlı könüllülərin mübarizəyə dəstəyi
-
Mart 14, 2025
Mukaçevodakı könüllülərin fədakarlığı
-
Mart 14, 2025
Gürcüstanda məskunlaşan ukraynalı musiqiçi