Cəbhə xəttində gərginlik yaranıb

Cəbhə xətti

Yanvarın 21-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat
yayıb.

Xəbərdə deyilir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı, görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı itki verən ermənilər geri çəkilməyə məcbur edilib.

Qarşı tərəfin ilkin rəsmi məlumatına görə Naapet Asatryan məhv edilib, Ovannes Qasparyan isə ağır yaralanıb.

Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməməklə yanaşı bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və qarşı tərəfin istənilən təxribatının qarşısını almağa hər an hazırdır.

Ermənistan mediası da Ermənistanın bir hərbçisinin həlak olduğu və birinin isə yaralannması ilə bağlı məlumat yayıb.