“2015-ci il Dağlıq Qarabağda sülh və uzunmüddətli həll ili olmalıdır. Zorakılığın bərpası buna cavab deyil”, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceym Uorlik son günlər cəbhə xəttində gərginliyin artmasına Twitter səhifəsində münasibət bildirib.
Yanvarın 3-də cəbhədə insident baş verib. İki erməni hərbi qulluqçusu ölüb. Ermənistan Azərbaycanın diversiya qrupunun hücumları nəticəsində hərbçilərin öldürüldüyünü bildirir. Azərbaycan isə bunu təkzib edir və hərbçilərin hərbi hissədə qarşılıqlı atışma nəticəsində öldüyünü, Ermənistan rəhbərliyi isə vəziyyətdən çıxış kimi günahı Azərbaycan tərəfinin üzərinə atdığını bildirir.
Bununla yanaşı Azərbaycan və Ermənistan Müdafiə və Xarici İşlər Nazirlikləri qarşılıqlı ittihamlarla çıxış edərək bir-birini hədələyib.