Accessibility links

Minsk qrupunun həmsədrləri cəbhə xəttini keçib


Minsk qrupunun həmsədrləri cəbhə xəttini keçib
Minsk qrupunun həmsədrləri cəbhə xəttini keçib

Oktyabrın 16-da ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Qazax rayonunun Bala Cəfərli kəndi (Bakıdan 500 kilometr qərb) yaxınlığında qoşunların təmas xəttində monitorinq keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə monitorinqdən əvvəl kənd sakinləri Azərbaycan tərəfdən monitorinqi həyata keçirən ATƏT-in Minsk Qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Pyer Andryu (Fransa), elecə də ABŞ təmsilçisi C.Uorlikin köməkçisi David Salvo ilə görüşüb.

Mətbuat xidməti bildirir ki, qısa söhbətləşmə zamanı kənd sakinləri beynəlxalq müşahidəçilərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin illərdir uzanaraq davam etməsindən, konfliktin həlli istiqamətində səylərin nəticəsiz qalmasından, ərazilərin erməni işğalında olmasından, Ermənistan Silahlı Qüvvələri tərəfindən mülki əhalinin, yaşayış məntəqələrinin, o cümlədən qeyri-hərbi obyektlərin daim atəş altında saxlanılmasından narazılıqlarını ifadə edib.

Sonra nümayəndə heyəti öz missiyasını yerinə yetirmək məqsədilə monitorinq keçiriləcək əraziyə yollanıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xuidmətinin məlumatına görə monitorinq qrupu təmas xəttinin qarşı tərəfinə keçməzdən əvvəl Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi istiqamətdən atəş səsləri eşidilib.

XS
SM
MD
LG