Accessibility links

ABŞ Dövlət Departamentinin təmsilçisi Qarabağ problemindən danışıb


Cen Psaki
Cen Psaki

Azərbaycan Xarici İşlər Nazirliyi Dövlət Departamentinin bəyanatına şərh verib

Son günlər atəşkəsin pozulması və itkilər haqda gələn xəbərlər bizi qayğılandırır.

Bu barədə ABŞ Dövlət Departamentinin təmsilçisi Jen Psaki yanvarın 5-də keçirdiyi brifinqdə deyib.

O, Azərbaycan və Ermənistan ordularının təmas xəttində vəziyyətin gərginləşməsinə münasibət bildirərkən deyib: “Bu toqquşmalar Ermənistan və Azərbaycan prezidentlərinin Dağlıq Qarabağ probleminin dinc yolla həllinə nail olmaq haqda öhdəliklərinə uyğun gəlmir."

Öz növbəsində, Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psakinin cəbhə xəttində yaranmış gərginliklə əlaqədar söylədiklərini şərh edib.

Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin şərhində deyilir:

"Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğalının davam etdirilməsi və işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu regional sülh və sabitlik üçün ən başlıca təhlükədir. ABŞ Dövlət Departamentinin sözçüsü tərəfindən də deyildiyi kimi tərəflər sülh sazişi üzrə danışıqlarda iştirak etməlidirlər. Amma təəssüf ki, Ermənistan təxribatçı əməlləri ilə hər vəchlə Böyük sülh sazişi üzrə işə başlamağa mane olmaq siyasəti yürüdür. Cəbhəboyu zonada yaranan son gərginlik də bunun daha bir bariz nümunəsidir.

ABŞ Dövlət Departamentinin sözçüsü tərəfindən qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində baş verən insidentlərin qarşısının alınmasına da eyham olunur. Azərbaycan tərəfindən dəfələrlə bildirilmişdir ki, bu kimi insidentlərin baş verməsinin qarşısının alınması və ümumiyyətlə, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.”

XS
SM
MD
LG