Azərbaycan Müdafiə Nazirliyi cəbhənin cənub istiqamətində erməni kəşfiyyat-təxribat qrupunun məhv edildiyini bildirib.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, bu, dekabrın 8-də axşam kəşfiyyat qrupu təmas xəttini keçməyə cəhd göstərərkən baş verib.
Görülən tədbirlər nəticəsində qrupun hərəkətinin qarşısı alınıb. İntensiv atışma zamanı çoxsaylı itki verən ermənilər geri çəkilməyə məcbur olublar.
Azərbaycan tərəfindən itki yoxdur.
Ermənistan Müdafiə Nazirliyi məlumata münasibət bildirməyib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan cəbhə xətti Azərbaycanın qərb sərhədlərindən (Gürcüstan istiqaməti) başlayaraq cənuba (İran istiqaməti) qədər 700 kilomrtrədək uzanır.