Azərbaycan rəsmisi ATƏT-in Minsk qrupunu tənqid edib

Azərbaycan rəsmisi ATƏT-in Minsk qrupunu tənqid edib

Prezident Administrasiyasının rəhbəri ATƏT-in Minsk Qrupunun üzvü olan dövlətləri tənqid edərək onları Qarabağ münaqişəsinin nizamlanmasında nəticənin olmamasında ittiham edib.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ATƏT-in Minsk Qrupunun üzvü olan dövlətləri tənqid edərək onları Qarabağ münaqişəsinin nizamlanmasında nəticənin olmamasında ittiham edib. Bu gün Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş beynəlxalq konfransda o bildirib ki, uzun illər həmsədr ölkələr (ABŞ, Fransa, Rusiya) erməni təcavüzünə son qoyulması və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün heç bir iş görməyiblər.

“Bundan əlavə, Azərbaycan xalqı çoxdan başa düşüb ki, bu dövlətlər gizlində Ermənistanın işğalçı siyasətini dəstəkləyir”, - o vurğulayıb. R. Mehdiyev dünya birliyini beynəlxalq hüquq normalarına əsaslanaraq Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyə çağırıb.
O, Azərbaycanın BMT, AŞ qarşısındakı öhdəliklərə ölkə Konstitusiyasına uyğun olaraq Dağlıq Qarabağın erməni əhalisinin hüquq və azadlığına təminat verməyə hazır olduğunu bildirib. Cənab Mehdiyev vurğulayıb ki, Ermənistanın təcavüzkar siyasəti onu regional münaqişələrdən təcrid edir və iqtisadi məhrumiyyətlərə düçar edir.