Səfir Bernar Fasye ATƏT-in Minsk qrupundakı Fransa həmsədrliyi missiyasını bu ilin sonunda başa çatdıracaq. Bu barədə Fransa səfirliyinin mətbuat üçün məlumatında deyilir.
Məlumata görə, Bernar Fasyeni əvəz edəcək əvvəllər Fransanın Ukraynadakı səfiri olmuş Jak For öz missiyasına hazırlaşır və hazırda Minsk qrupunun Fransa-Amerika-Rusiya həmsədrliyinin fəaliyyətini öyrənir.