Accessibility links

ATƏT-in Minsk qrupunun həmsədrləri fəaliyyətlərinə dair illik hesabatını açıqlayıb


ATƏT-in Minsk qrupunun həmsədrləri fəaliyyətlərinə dair illik hesabatını açıqlayıb
ATƏT-in Minsk qrupunun həmsədrləri fəaliyyətlərinə dair illik hesabatını açıqlayıb

ATƏT-in Minsk qrupunun həmsədrləri- Fransa, Rusiya və ABŞ nümayəndələri fəaliyyətlərinə dair illik hesabatını açıqlayıb.Səfirlər-Bernard Fassye, Robert Bradtke və İqor Popov Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli səyləri barədə bildirib ki, ötən il onlar 8 dəfə regiona səfər edib, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sakistanla 14 dəfə görüş keçirib. Həmsədrlər son 14 ay ərzində təmas xəttini 4 dəfə keçərək, bu xəttin xalqlar arasında daimi baryer olmadığını və tərəflər hazır olduğu təqdirdə hərbi koordinasiya yolu ilə atəşkəsin mümkünlüyünü nümayiş etdirdiklərini deyib. Minsk qrupunun həmsədrləri sülhün bərqərar edilməsi və qəbuledilməz status kvo ilə bağlı ağır qərarlar verilməsi üçün hərbi deyil, sülh yoluna üstünlük verildiyini vurğulayıb.Onlar müzakirələr üçün abi-həvanın dəyişdirilməsi, atəşkəsin möhkəmləndirilməsi və xalqlar arasında anlaşma yaradılmasının qarşıya məqsəd qoyulduğunu deyib. Həmsədrlər cari ayın sonunda yenidən regiona səfər edərək, müzakirələr prosesisinin davam etdirilməsinə səy göstərəcəklərini bəyan edib.

XS
SM
MD
LG