ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycana gəlib. Amerikalı həmsədr Robert Bradke Bakı hava limanında jurnalistlərə bildirib ki, bu gün prezident İlham Əliyevlə, sabah isə xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcəklər.
O, regiona səfərlərinin Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə bəyanatının həyata keçirilməsi ilə bağlı olduğunu deyib.
Həmsədrlər ötən həftənin cümə günü Yerevanda Ermənistan prezidenti ilə görüşüb. Şənbə günü isə Dağlıq Qarabağda görüşlər keçiriblər.