Accessibility links

Minsk qrupunun həmsədrləri cəbhə xəttini keçəcək


Minsk qrupunun həmsədrləri cəbhə xəttini keçəcək
Minsk qrupunun həmsədrləri cəbhə xəttini keçəcək

Monitorinqi Azərbaycan tərəfdən ATƏT sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Antal Şedriç və Uilyam Prayor, əks tərəfdən isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, koordinator İmre Palatinus və səhra köməkçisi Marius Puodziunas keçiriəcək.

Aprelin 13-də Ermənistan-Azərbaycan cəbhəsinin təmas xəttində Ağdam rayonunda ATƏT-in növbəti monitorinqi keçiriləcək. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, monitorinq Ağdam-Bərdə yolunda olacaq.
Monitorinqi Azərbaycan tərəfdən ATƏT sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Antal Şedriç və Uilyam Prayor, əks tərəfdən isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, koordinator İmre Palatinus və səhra köməkçisi Marius Puodziunas keçiriəcək.
Monitorinq zamanı Minsk Qrupunun həmsədrləri də regionda səfərdə olacaq və onlar işğal olunmuş ərazilərdə cəbhə xəttini keçəcək və Ağdam rayonunun Orta Qərvənd kəndinə gələcəklər. “Bunda məqsəd 9 yaşlı Fariz Bədəlovun qətlinin təhqiqatının davam etdirilməsidir”, - məlumatda vurğulanır.
Qeyd edək ki, martın 8-də Fariz Bədəlov snayper atəşi ilə öldürülüb. ATƏT-in Minsk qrupu uşağın ölümü ilə bağlı istintaq aparmalıdır.

XS
SM
MD
LG