Noyabrın 21-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Amerika Mərkəzindəki müzakirələr təbiət və biomüxtəliflik, yerli insanlar, gender, okeanlar və sahil bölgələri məsələlərinə həsr olunub.
Müzakirələrin ilk mövzusu “Dəyişikliyə rəhbərlik: Qadınların rəhbərlik etdiyi iqlim fəaliyyətinin səfərbər edilməsi” olub.
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Ağ Evin Gender Siyasəti Şurası tərəfindən təşkil olunan sessiyada USAİD və Ağ Evin Gender Siyasəti Şurası, Dayanıqlı İqtisadiyyatda Qadınlar (WISE) Təşəbbüsü qarşısında öhdəlikləri vurğulayıb.
Natiqlər 2023-cü ildə Bayden-Harris administrasiyası tərəfindən iqlim dəyişikliyi ilə mübarizə aparan sektorlarda qadınların iqtisadi təhlükəsizliyini gücləndirmək üçün başlatdığı 2 milyard dollardan çox təşəbbüsdən danışıb. Sessiyada İqlim Gender Bərabərliyi Fondu (CGEF) - qadınlara məxsus və rəhbərlik etdiyi iqlim həlləri üçün maliyyəyə çıxışı artıran qabaqcıl WISE səyi təqdim olunub və CGEF qrantı alan Priya Taçadi, Villqro Filippin şirkətinin həmtəsisçisi və baş direktorları işlərindən danışıb.
ABŞ Dövlət Departamenti və Ağ Evin Ətraf Mühitin Keyfiyyəti Şurası tərəfindən təşkil edilən “Amerikanın gözəl şirin su çağırışı: Birgə həllərin mühafizəsi” mövzusundakı sessiyada Ağ Evin Ətraf Mühitin Keyfiyyəti Şurasının sədri Brenda Mallori, Ümumdünya Vəhşi Təbiət Federasiyasının Qlobal Siyasət və Tərəfdaşlıqların İdarəedici Direktoru Andryu Deutz, İnkişaf və İcma Əlaqələri direktoru Daniell Rey Frank, Su Keyfiyyəti, Siyasət və Maraqlı Tərəflərin Əlaqəsi üzrə Qlobal rəhbər Jon Fridman çıxış edib.
Bu interaktiv sessiyada iqlimə davamlılıq üzrə innovativ icma səviyyəli tərəfdaşlıqlar qurmaqla cəmiyyətin bütün təbəqələrini əhatə etmək üçün suyun rolu nümayiş etdirilib. Həmçinin Amerika Gözəl Şirin Su Çağırışı və Qlobal Şirin Su Çağırışı çərçivəsində əməkdaşlığın bir hissəsi kimi şirin su ekosisteminin mühafizəsinin vacibliyi vurğulayanıb. 2024-cü ilin aprelində başlanan Amerika Gözəl Şirin Su Çağırışı 2030-cu ilə qədər 8 milyon hektar bataqlıq əraziləri və 100 000 mil uzunluğunda ABŞ çaylarını qorumaq, bərpa etmək və yenidən birləşdirmək üçün cəsarətli, yeni milli məqsədləri qarşıya qoyur. Çağırışda iştirak edən yerli icmalar ən yaxşı təcrübələri bölüşür, ümumi problemləri üzə çıxarır, həll yollarını bölüşür, və bu məqsədlərə nail olmaq üçün tərəfdaşlıqları inkişaf etdirir.
ABŞ Nəqliyyat Departamenti, Milli Okean və Atmosfer Administrasiyası, Ağ Evin Elm və Texnologiya Siyasəti İdarəsi və ABŞ Qlobal Dəyişiklik Araşdırma Proqramı tərəfindən təşkil edilən “İqlim söhbəti: İqlim və ağıllı nəqliyyatın inkişafı” mövzusunda paneldə İqlim Dəyişikliyi Araşdırmaları və Texnologiyaları (USDOT) direktoru Gretçen Qoldman, Milli Okean və Atmosfer Administrasiyasının Okeanlar və Atmosfer üzrə Administratoru və Ticarət Katibinin müavini Rik Spinrad, İqlim Xidmətləri üzrə Direktor köməkçisi Heidi Rup çıxış edib.
Çıxışlarda qeyd edilib ki, Birləşmiş Ştatlar iqlim və təmiz enerjiyə sərmayələr sayəsində nəqliyyat sistemində dayanıqlığı artırmaq və sektoru karbondan təmizləmək üçün görünməmiş tədbirlər görür.
Sessiyada bildirilib ki, iqlim dəyişikliyi və ekstremal hava hadisələrinin ABŞ-ın nəqliyyat infrastrukturuna və onun xidmət göstərdiyi icmaların təhlükəsizliyinə, effektivliyinə, ədalətliliyinə və davamlılığına əhəmiyyətli və artan risklər yaratdığından, tədbirləri sürətləndirmək üçün məlumatlardan, elmdən və iqlim məlumatlarından istifadənin aktuallığı heç vaxt bu qədər vacib olmayıb.
Sessiyada deyilib ki, bu kimi müzakirələr iqlim xidmətlərinin inkişafını və çatdırılmasını sürətləndirmək, hökumətdə nəqliyyat sektorunda qərarların qəbulunu təkmilləşdirmək üçün ABŞ Nəqliyyat Departamenti ilə Milli Okean və Atmosfer Administrasiyası da daxil olmaqla federal hökumət daxilində yeni tərəfdaşlıqlara diqqəti artırır.
Ağ Evin Ətraf Mühitin Keyfiyyəti Şurası tərəfindən təşkil edilən “ABŞ Hökuməti Scope 3 Emissiyaları ilə necə mübarizə aparır” mövzusunda sessiyada Ağ Evin Ətraf Mühitin Keyfiyyəti Şurasının sədri Brenda Mallori, ABŞ Federal Davamlı İnkişaf üzrə baş direktoru Endryu Mayok, Apple-ın Ətraf Mühit, Siyasət və Sosial Təşəbbüslər üzrə vitse-prezidenti Lisa Cakson, Microsoft-un Davamlı İnkişaf üzrə baş direktoru Melani Nakaqava çıxış edib.
Çıxışlarda bildirilib ki, iqlim dəyişikliyi ilə mübarizə təşkilatlardan emissiyaları azaltmaq üçün təchizat zəncirləri ilə işləməyi tələb edir.
Şəffaf məlumatların açıqlanması ilə yanaşı cəsarətli məqsədlərin qoyulması emissiyaların azaldılması səylərini sürətləndirməyə və ortaq iqlim məqsədlərinə nail olmağa kömək edə bilər. Müzakirələrdə Birləşmiş Ştatlar hökuməti və müəssisələrinin tədarükçülərinin iqlim dəyişikliyi ilə necə üzləşdiyi barədə məlumatlar diqqətə çatdırılıb.
ABŞ Dövlət Departamenti və Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil edilən “İqlim, təbiət və insanlar üçün yüksək dürüst karbon bazarlarını inkişaf etdirmək” mövzusunda paneldə qeyd edilib ki, tropik meşələrin qırılmasının dayandırılması və bərpası fəlakətli iqlim dəyişikliyinin və biomüxtəlifliyin itkisinin qarşısını almaq üçün çox vacibdir.
Bu sessiyada həmçinin Amerika Birləşmiş Ştatları Hökumətinin dəstəklədiyi LEAF Koalisiyasının tropik meşələrin qırılmasını dayandırmaq və geri qaytarmaq səyləri araşdırılıb. Mütəxəssislər koalisiyanın yüksək dürüst könüllü karbon bazarının inkişaf etdirilməsində və iqlim fəaliyyətinə dəstəkdə meşə hökumətləri və yerli nümayəndələrin fikirləri ilə rolunu müzakirə edib.
Sessiyada Emergent CPO-nun (tropik meşələr üçün özəl maliyyəni səfərbər edən qurum-red) təmsilçisi Şon Frisbi, ABŞ Prezidentinin İqlim üzrə Xüsusi Elçisinin Aparatının meşələr üzrə baş məsləhətçisi Franses Seymur, Ekvadorun ətraf mühit, su və ekoloji keçid naziri İnes Manzano, CONFENIAE-nin (Ekvador Amazonunun Yerli Millətlər Konfederasiyası) prezidenti Xose Esaç, Palenquera Bələdiyyəsinin başçısı Ines Morales, Norveç iqlim və ətraf mühit naziri Tore Sandvik, İqlim elçisi, Böyük Britaniya hökumətindən Reyçel Kayt, Baş menecer, IPLC & Conservation Partnerships, Forests - EDF-dən (Meşə və İqlim Liderlərinin Tərəfdaşlığı-red) Santiaqo Qarcia, Nepal Meşələr və Ətraf Mühit Nazirliyinin REDD Tətbiq Mərkəzinin rəhbəri Nabaraj Pudasaini çıxış edib.