Accessibility links

COP29 çərçivəsində Azərbaycanda insan hüquqlarının durumu müzakirə edilib


COP29-da Azərbaycanda insan hüquqlarının durumunun müzakirəsi
COP29-da Azərbaycanda insan hüquqlarının durumunun müzakirəsi

Noyabrın 19-da Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “İqlim ədaləti mülki məkan və əhəmiyyətli iştirak olmadan mümkün deyil” mövzusunda debatlar keçirilib.

Tədbiri Human Rights Watch, Amnesty International və bir sıra digər hüquq-müdafiə strukturları təşkil edib.

Görüş iştirakçısı, “Demokratik monitor” qeyri-hökumət təşkilatının rəhbəri Fuad Həsənov Amerikanın Səsinə bildirib ki, çıxışların leytmotivi ondan ibarət olub ki, vətəndaş cəmiyyəti üçün məkanın məhdudlaşdırılması şəraitində iqlim dəyişikliyi problemilə bağlı sərbəst müzakirələr aparıla bilməz.

COP29-da Azərbaycanda insan hüquqlarının durumunun müzakirəsi
COP29-da Azərbaycanda insan hüquqlarının durumunun müzakirəsi

Azərbaycanda müstəqil vətəndaş cəmiyyəti institutlarının faktiki iflic vəziyyətində olması xüsusi qeyd olunub.

Ölkədəki qeyri-hökumət təşkilatları qeydiyyat problemlərilə üzləşirlər, ölkədə işləməsi faktiki qadağan edilmiş beynəlxalq təşkilatlardan maliyyələşmə əldə edə bilmirlər. Bu fonda xaricdən gələn istənilən maliyyə yardımı qaçaqmalçılıq kimi qiymətləndirilir.

Müzakirəyə Almaniyadan onlayn qoşulan “Abzas Media” nəşrinin redaktoru Leyla Mustafayeva öz həmkarlarından, bu nəşrin əməkdaşlarının məhz qaçaqmalçılıq ittihamı ilə həbs olunmasındasn danışıb.

Tədbir zamanı Azərbaycanda siyasi məhbuslar probleminin olduğu da qeyd edilib. Onların sayı 300-ü ötür. Tədbirdə Azərbaycan hakimiyyəti siyasi məhbusları, o cümlədən jurnalistləri azad etməyə, müstəqil vətəndaş cəmiyyəti institutlarının və azad medianın sərbəst fəaliyyəti üçün şərait yaratmağa çağırılıb.

COP29-da Azərbaycanda insan hüquqlarının durumunun müzakirəsi
COP29-da Azərbaycanda insan hüquqlarının durumunun müzakirəsi

Toplantıda iştirak edən Açıq Azərbaycan Təşəbbüsünün təsisçisi Zöhrab İsmayıl Amerikanın Səsinə deyib ki, Amnesty İnternasional hüquq müdafiə təşkilatının nümayəndəsi Maria Struthers Azərbaycanda siyasi məhbus kimi tanınan şəxlsərlə bağlı geniş məlumat verib.

O, çıxışında xüsusilə Anar Məmmədlinin, Qubad İbadoğlunun, Bəhruz Səmədovun, “Abzas Media” internet nəşrinin, “Toplum TV”, “Kanal 13” internet televizyalarının əməkdaşlarının, o cümlədən qadın jurnalistlərin həbsdən azad edilməsinin vacibliyini vurğulayıb.

“Anar Məmmədli həbs edilməmişdən bir qədər əvvəl İqlim Ədalət Təşəbbüsünün təsisçilərindən biri olub”, o qeyd edib.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG