Accessibility links

COP29 məkanında ekofəallar və feministlər aksiyalar keçirib


COP29-da aksiya
COP29-da aksiya

Noyabrın 18-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi məkanda iqlim və feminist fəalları ekoloji çirklənməyə qarşı bir neçə etiraz aksiyası keçirib.

COP29-da aksiya
COP29-da aksiya

Feminist fəalların aksiyası “Feministlər iqlim ədaləti tələb edir!”, “Feministlər xətti tutur!” şüarları altında keçirlib. Aksiyada iqlim dəyişkliyinə qarşı mübarizə üçün sənaye dövlətlərinin pul ödəməsi tələb edilib.

COP29-da aksiya
COP29-da aksiya

Noyabrın 18-də ekofəallar, o cümlədən Afrika qitəsi ölkələrindən, həmçinin Nigeriyadan olan fəallar aksiyalar keçirib.

COP29-da aksiya
COP29-da aksiya

Aksiyalarda “İqlim maliyyəsini dekolonize edin!”, “Afrika gəncləri iqlim ədaləti tələb edir!”, “Öhdəliyiniz hesabına bizi istismar etməyi dayandırın!”, “Maliyyələşdirmə ehtiyac əsaslı maliyyələşdirmədir!”, “Karbon bazarları hesabına torpaq ələ keçirməyi dayandırın!”, “Niger deltasında qalıq yanacaq hasilatını dayandırın!”, “Planeti yandırmayın!”, “İqlimə ədalət!”, “Nefti çıxarmayın, torpaqda saxlayın!”, “Mənim vergimi mədən yanacağına sərf etməyi dayandırın!” və başqa şüarlar qaldırıblar.

Forum

XS
SM
MD
LG