Noyabrın 16-da COP29-un Bakıda keçirildiyi məkanda ekofəallar iqlim dəyişkliyinə qarşı mübarizə üçün sənaye dövlətlərinin pul ödəməsini və meşə ərazilərində yaşayan insanların hüquqlarına hörmət edilməsini tələb edən aksiyalar keçirib.
İqlim dəyişikliyi ilə mübarizə üzrə maliyyə öhdəliklərinin yerinə yetirilməsini tələb edən aksiyada "Pay up" (Ödəmə vaxtıdır) şüarı olan plakat açılıb.
Tədbirdə “Genosid yanacağını dayandırın!”, “Qlobal Şimal hökumətləri iqlim maliyyəsi üçün ildə 5 trilyon dollar pul ödəyin!”, “Qalıq yanacaqlara yox!”, “Karbon bazarına yox!” və başqa şüarlar qaldırılıb.
Fəallar iqlim təşəbbüslərinin maliyyələşdirilməsinin vacibliyinə, xüsusilə də iqlim böhranının nəticələrindən ən çox əziyyət çəkən inkişaf etməkdə olan ölkələrin dəstəklənməsinə diqqət çəkməyə çalışıblar.
Brazilyalı ekofəallar isə meşə ərazilərində yaşayan insanların hüquqlarının müdafiəsi məqsədi ilə aksiya keçirib. Onlar “COP30 üçün insanlara vədlərinizi verin!”, “İndi iqlim!”, “İndi demarkasiya!” şüarları qaldırıb.
Forum