Noyabrın 19-da Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Amerika Mərkəzindəki müzakirələr qida, kənd təsərrüfatı və su məsələlərinə həsr olunub.
ABŞ Kənd Təsərrüfatı Departamenti tərəfindən təşkil edilən “İqlim-ağıllı kənd təsərrüfatı və meşə təsərrüfatı üçün tərəfdaşlıqlar vasitəsilə kənd iqtisadiyyatlarının və bazarlarının qurulması” mövzusunda sessiyada ABŞ kənd təsərrüfatı naziri Thomas Vilsak, ABŞ Süd Məhsullarının İxrac Şurasının Davamlılıq və Çoxtərəfli Məsələlər üzrə baş vitse-prezidenti Nik Qardner, Bridgeforth Farms-ın Sahibi və Əməliyyat Partnyoru Kayl Bridcforth, Beynəlxalq Təzə Məhsullar Assosiasiyasının Davamlılıq üzrə vitse-prezidenti Tamara Muruetagoiena çıxış edib.
Bu tədbirdə ABŞ-ın marketinq və ölçmə, monitorinq, hesabat və yoxlama ilə bağlı iqlim-ağıllı layihələrin həyata keçirilməsi istiqamətində əldə etdiyi irəliləyiş vurğulanıb. Çıxışlarda bildirilib ki, bu layihələrin hamısı ABŞ-da və bütün dünyada emissiyaları azaltmaqla, qida və lif ehtiyaclarını ödəməklə yanaşı kənd icmalarına gəlir imkanları təmin etmək üçün lazımdır.
ABŞ Dövlət Departamenti və ABŞ Kənd Təsərrüfatı Departamenti tərəfindən təşkil edilən “İqlim üçün məqsəd: Ərzaq təhlükəsizliyinin gələcəyi üçün iqlimə uyğun ağıllı kənd təsərrüfatı və qida sistemləri innovasiyalarını səfərbər etmək” mövzusunda paneldə ABŞ Kənd Təsərrüfatı Nazirliyinin baş məsləhətçisi Ceym Adams, Birləşmiş Ərəb Əmirlikləri iqlim dəyişiklikləri və ətraf mühit naziri Amna bin Abdullah Al Dahak, Qlobal Kənd Təsərrüfatı və Ətraf Mühitin Müdafiəsi Fondunun baş direktoru Con Tauzel, CGIAR-ın icraçı direktoru İsmahane Elouafi, Atlas Agro-nun təsisçisi və baş direktoru Petter Ostbo, ABŞ kənd təsərrüfatı naziri Thomas Vilsak çıxış edib.
Bildirilib ki, Prezident Bayden tərəfindən COP 26-da başladılan Kənd Təsərrüfatı İnnovasiya Missiyası (AIM for Climate) ABŞ və Birləşmiş Ərəb Əmirliklərinin 5 illik birgə təşəbbüsüdür. Təşəbbüs kənd təsərrüfatı sektorunda sürətli və transformasiyaedici iqlim fəaliyyətini qurmaq, onun təsirlərinə qarşı dayanıqlıq yaratmaq və fayda əldə etmək məqsədi daşıyır. Hazırda 56 ölkə daxil olmaqla 600-dən çox olan Kənd Təsərrüfatı İnnovasiya Missiyası tərəfdaşları iqlimə uyğun kənd təsərrüfatı və qida sistemləri innovasiyalarına sərmayələri və dəstəyi əhəmiyyətli dərəcədə artırmaq və sürətləndirmək niyyətindədir. 2020-ci ildən indiyədək onlar 17 milyard dollardan çox sərmayənin artdığını elan ediblər.
Ağ Evin Elm və Texnologiya Siyasəti İdarəsi, Milli Okean və Atmosfer Administrasiyası, Federal Fövqəladə Hallar İdarəsi Agentliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi və Daxili İşlər Departamenti tərəfindən təşkil edilən “Təbiət həllərini və ekosistemə uyğunlaşmanı genişləndirməklə iqlimə davamlılığın sürətləndirilməsi” mövzusunda sessiyada ABŞ Ticarət Katibinin okeanlar və atmosfer üzrə müşaviri Rik Spinrad, Dayanıqlılıq Strategiya Ofisi (FEMA) administrator köməkçisi Samanta Medlok, USAID-in İqlim və Ətraf Mühit üzrə baş məsləhətçisi Kristen Sarri, Daxili İşlər katibinin müavini vəzifəsini icra edən Laura Daniel-Devis çıxış edib.
Bu tədbirdə təbiətə əsaslanan həllər vasitəsilə iqlim dəyişikliyi, təbiət itkisi və ədalətsizliyi həll etmək üçün ABŞ hökuməti üzrə yanaşmalar nümayiş etdirilib. Sessiyada riskləri azaltmaq və iqlimə uyğunlaşmanı dəstəkləmək üçün yerli həllərin əlçatanlığını və tətbiqini sürətləndirmək üçün ABŞ və beynəlxalq maraqlı tərəflərlə tərəfdaşlıqdan danışılıb. Fəlakətdən sonra inkişafda və uzun sürən böhranda həll yollarını izləmək, qiymətləndirmək, onlardan öyrənmək və genişləndirmək üçün daxili fəaliyyət və beynəlxalq tərəfdaşlıq diqqət mərkəzində olub.
ABŞ Dövlət Departamenti tərəfindən təşkil edilən “İqlim çatı: ABŞ səfiri Mark Libbi Xəzər və Cənubi Qafqaz su yollarının təmizlənməsi üzrə yerli ekspertlərlə” mövzusunda paneldə ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi, Xəzər Universitetinin dosenti Rövşən Abbasov, Azərbaycan Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun baş elmi işçisi Elnur Səfərov çıxış edib.
ABŞ səfiri Mark Libbi azərbaycanlı ekspertlərlə ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilən layihələrlə bağlı müzakirə aparıb. Doktor Rövşən Abbasov digər Azərbaycan və Ermənistan hidroloqları ilə birlikdə “Su və münaqişələr: Transsərhəd əməkdaşlığın əhəmiyyəti” adlı transsərhəd layihə üzrə işini təqdim edib. Doktor Elnur Səfərov Xaçmaz rayonunda yerli icmalara Xəzərin həmin ərazisinin təmizlənməsi layihəsi üzrə “Yerli icmaların plastik tullantılarla mübarizə üçün gücləndirilməsi” adlı layihəsini təqdim edib.
ABŞ Ticarət Departamenti, Salesforce və LinkedIn tərəfindən təşkil edilən “İqlimə hazır bir milləti dəstəkləmək üçün işçi qüvvəsinin yaradılması” mövzusunda sessiyada LinkedIn-in İqlim Siyasəti Tərəfdaşlıqlarının rəhbəri Efrem Bayser, ABŞ Ticartə nazirinin okeanlar və atmosfer üzrə müşaviri Rik Spinrad, Scripps Okeanoqrafiya İnstitutunun iqtisadi tədqiqatçısı Tom Korrinqham, ABŞ Energetika Departamentinin Siyasət ofisi direktorunun baş müavini Carla Friscş çıxış edib.
Bildirilib ki, iqlim dolanışıq vasitələrinə təsir göstərdiyinə görə, təsirlərin yumşaldılması və uyğunlaşma üzrə hərəkətə keçməyə hazır olan düzgün istedadı inkişaf etdirmək üçün ölkələrin sürətli və əsaslı işçi qüvvəsi dəyişikliklərinə ehtiyacı var. İcmaların və bizneslərin iqlim risklərini və zəifliklərini anlamaq, uyğunlaşma və davamlılıq planlarını hazırlamaq və bu planları həyata keçirmək üçün resursları təmin etmək üçün təcili olaraq fərdlərə ehtiyacı var. Panel iştirakçıları tələbələrdən tutmuş yeni məzunlara, karyera dəyişdiricilərinə qədər bütün karyera səviyyələrində insanları yaxşı maaşlı iqlim işlərinə cəlb etmək, öyrətmək və işə götürmək üçün ABŞ-ın ən yaxşı təcrübələrini bölüşüb.
ABŞ Kənd Təsərrüfatı Naazirliyi tərəfindən təşkil olunan “İnflyasiyanın Azaldılması Aktı: İqlimə uyğun ağıllı kənd təsərrüfatı və meşəçilik, bərpa olunan enerji və kənd iqtisadiyyatları üçün trayektoriyanın dəyişdirilməsi” mövzusunda paneldə nazir Tomas Vilsak, Daxili İşlər katibinin müavini vəzifəsini icra edən Laura Daniel-Devis, ABŞ Kənd Təsərrüfatı katibinin aparat rəhbərinin müavini Şon Babbinqton, American Forests prezidenti və baş direktoru Cad Daley, Ar Joy Farms Süd Məhsullarının İdarə Edilməsi Sənayesinin sədri, fermer Marilin Herşi çıxış edib.
Bildirlib ki, İnflyasiyanın Azaldılması Aktı vasitəsilə ABŞ kənd təsərrüfatı və meşə təsərrüfatında iqlim dəyişikliyinin azaldılması və uyğunlaşması, təmiz enerjinin inkişafına tarixi investisiyalar həyata keçirir.
Bu paneldə ABŞ Kənd Təsərrüfatı (USDA) və Daxili İşlər Departamentləri kimi digər tərəfdaş agentliklərdə kənd iqtisadiyyatlarını transformasiya etmək, o cümlədən bərpa olunan enerjini inkişaf etdirmək yolu ilə gördükləri işlərin icmalı təqdim edilib. İqlim baxımından ağıllı kənd təsərrüfatı və meşə bazarlarına dəstək, iqlim faydalarını ölçmək, izləmək, hesabat vermək və yoxlamaq üçün sistemlərdə təkmilləşdirmələr və bioiqtisadiyyatın qurulması məsələləri diqqətdə olub.
World Agroforestry (ICRAF), RTI International, Torpaq Sağlamlığı və Davamlı Məhsuldarlığın Artması üçün Fəaliyyət Koalisiyası 4 və ABŞ Dövlət Departamenti tərəfindən təşkil edilən “Yaşıl gübrə istehsalı: Bərpa olunan enerjinin sürətləndirilməsi, ərzaq təhlükəsizliyinin artırılması, Afrikada aqro-sənaye dekarbonizasiyasının sürətləndirilməsi” mövzusunda müzakirələrdə Qlobal Araşdırma Rəhbəri, Torpaq və Torpaq Sağlamlığı, Ümumdünya Aqromeşəçilik (ICRAF)/ Koalisiya Fəaliyyəti 4 Torpaq Sağlamlığının (CA4SH) həmtəsisçisi və həmrəhbəri Leigh Ann Winowiecki, Davamlı Kənd Təsərrüfatı və Qida Sistemləri, RTI International təşkilatının təmsilçisi Daniel Lapidus, Qlobal Tərəfdaşlıqların direktoru, One Acre Fund təşkilatından Con Mundi, ABŞ Kənd Təsərrüfatı Departamentinin Xarici Kənd Təsərrüfatı Xidmətinin iqlim məsləhətçisi Olutayo Akinqbe, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Davamlılıq, Ətraf Mühit və Qida Təhlükəsizliyi Bürosunun (REFS) Administrator Köməkçisinin müavini Ann Vauqan çıxış edib.
Bildirilib ki, ABŞ hökuməti yaşıl gübrə istehsalı texnologiyalarının inkişafını maliyyələşdirir. Yaşıl gübrələr dünyanın ən böyük emissiya sektorlarını – enerji istehsalı, kənd təsərrüfatı və yanacağın dekarbondan təmizlənməsi üçün ən perspektivli irəliləyiş texnologiyalarından biridir. Bu sessiya güclü bərpa olunan enerji portfelinə malik Afrika ölkələrində yaşıl gübrə istehsalının texno-iqtisadi cəhətdən səmərəliliyini və yaşıl istehsala ictimai maraq müzakirə edilib.
Forum