Noyabrın 19-da Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi məkanda iqlim fəalları ekoloji çirklənmənin qarşısının alınması üçün qrantların ayrılması və əkinə yararlı torpaqların zəbt ediməsinin qarşısının alınması tələbləri ilə aksiyalar keçirib.
Bununla yanaşı müxtəlif millətlərin nümayəndələri olan musiqiçilər öz dillərində çol heyvanlarının və quşların ovlanmasını pisləyən mahnılar və musiqilər səsləndirib.
Hər üç aksiya Mavi zonada baş tutub.
“ActionAid” ekofəalları iqlim maliyyəsinin artırılmasına çağırış ediblər. Fəallar Qlobal Şimalı iqlim maliyyəsi üzrə öhdəliklərini yerinə yetirməyə çağırıblar.
Ekofəallar "Milyardlar əvəzinə trilyonlar!", “Zəngin ölkələr iqlim borcunuzu ödəyin!”, “Maddələşdirilmiş iqlim fakturası- hər il 1-5 trilyon dollar qrant ayır!” şüarları qaldırıb.
Digər aksiyada əkin torpaqlarının zəbt edilməsinə etiraz edilib. Aksiya iştirakçıları bildirib ki, əkin sahələri məmurlar tərəfindən zəbt edilir və sonra böyük şirkətlərə satılır. Bu xüsusilə Afrika və Asiya ölkələrində baş verir. Etirazçılar əkin torpaqlarının onun əsl sahiblərinə, əkinçilərinə qaytarılmasını tələb edib.
Fəallar “Qida sisteminin transformasiyası olmadan temperaturu 1,5 selsi aşağı salmaq və ya iqlim ədaləti yoxdur!”, “Sistem dəyişikliyi!”, “Qida suverenliyi!” və başqa şüarlar qaldırıb.
Forum