Noyabrın 20-dƏ Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi məkanda iqlim və insan hüquqları fəalları mədən yanacağının hasilatına, insan əməyinin istismarına son qoyulması, iqlim üçün ayılan vəsaitin şəffaf bölümnməsi tələbləri ilə aksiyalar keçirib. Həmçinin bir qrup insan hüquqları fəalı Uşaqların Ümumdünya Müdafiəsi Günü münasibəti ilə Fələstində və Ukraynada müharibədə həlak olan uşaqların adlarını səsləndirib.
Aksiyalarda “İqlim inqilabı bizimdir!”, “Satılımırıq!”, “Mədən yanacağına yox!”, “Qoruq ərazilərdə mədən yacaqlarının hasilatına son qoyulsun!”, “Cənuba qaz verməyin!”, “Bərabər və ədalətli iqlim keçidini təmin edin!” və başqa çüarlar qaldırılıb.
Forum