Noyabrın 15-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi məkanda bir sıra aksiyalar keçirilib. Aksiyalardan birində müxtəlif ölkələrdən olan ekokönüllülər “COP29-un uğursuz olmasına imkan verməyin!” şüarı qaldırıb.