Famil Xəlilovun yoldaşı: Onun həbsi sosial şəbəkələrdə tənqidi paylaşımlarına görədir

Your browser doesn’t support HTML5

Əlilliyi olan Famil Xəlilov ötən il İsveçdən Azərbaycana ailəsi ilə birlikdə deportasiya olunub. Bu ilin mayın 4-də isə polis Famil Xəlilovu həbs edib. Ona qarşı külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ittiham irəli sürülüb.