Reyçel Denber: Həbs edilmiş fəallar və jurnalistlər dərhal azadlığa buraxılmalıdır

Your browser doesn’t support HTML5

Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Reyçel Denber Amerikanın Səsinə müsahibədə Azərbaycan Demokratiya və Rifah partiyasının sədri, professor Qubad İbadoğlunun həbsinin ev dustaqlığı ilə əvəz edilməsi və Azərbaycanda insan hüquqlarının durumu haqda danışıb.

Beynəlxalq ictimaiyyət Azərbaycan Demokratiya və Rifah partiyasının sədri, professor Qubad İbadoğlunun həbsinin ev dustaqlığı ilə əvəz edilməsini alqışlayıb və Azərbaycan hökumətini onu tez zamanda azad etməyə çağırıb. Birləşmiş Ştatlar Azərbaycan rəsmilərini Qubad İbadoğlu və haqsız yerı həbs edilmiş bütün digər şəxsləri azad etməyə çağırdığını bəyan edib. Beynəlxalq hüquq müdafiə təşkilatları həmçinin tanınmış alim və siyasətçiyə qarşı ittihamların ləğv edilməli olduğunu bildirir. Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Reyçel Denber Amerikanın Səsinə müsahibədə Qubad İbadoğlunun həbsinin ev dustaqlığı ilə əvəz edilməsi, beynəlxalq icitimaiyyətin Azərbaycanda siyasi motivlərlər həbs edilmiş fəallar və jurnalistlərin azad edilməsi üçün ata biləcəyi addımlar və ABŞ Dövlə Departamentinin dünya ölkələrində insan hüquqlarının durumu ilə bağlı illik hesabatında Azərbaycanda müstəqil tənqidi səslərə qarşı basqılarla bağlı narahatlıqlar barədə danışıb.