Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycanın Qarabağ bölgəsində fəaliyyətini yenidən qurur.
Bu barədə Amerikanın Səsinə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.
“Beynəlxalq Qızıl Xaç Komitəsi Qarabağ bölgəsində fəaliyyətini yenidən qurur. O ərazilərdə olan fəaliyyətlərimiz Bərdə ofisindən həyata keçiriləcək və ehtiyacı olan insanlara dəstək yönlü işlərimiz davam etdiriləcək”, o qeyd edib.
Xatırladaq ki, bundan öncə BQXK-nın Xankəndi şəhərində ofisi fəaliyyət göstərirdi. Xankəndi ofisi bu regionda yaşayan erməni əsilli insanlara kömək göstərirdi. 2023-ilin sentyabrında Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbirlərindən sonra regiondakı erməni əsilli insanlar Ermənistana köç edib.