Accessibility links

Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda və Azərbaycanda saxlanılan şəxlərə baş çəkib


Beynəlxalq Qızıl Xaç Komitəsi
Beynəlxalq Qızıl Xaç Komitəsi

Oktyabr ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə və Ermənistanda saxlanılan azərbaycanlılara baş çəkib.

Bu barədə BQXK-nin Bakı nümayəndəliyindən Amerikanın Səsinə bildiriblər.

“Mandatına uyğun olaraq BQXK bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir”, Bakı nümayəndəliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin məlumatında deyilir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun əsgərləri - Aqşin Bəbirov və Hüseyn Axundov 2023-cü il aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını bildirib.

Ermənistan məhkəməsi mayın 8-də Bəbirovu 11,5 il müddətinə, iyunun 21-də isə Axundovu 20 il müddətinə azadlıqdan məhrum edib.

Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslər isə bunlardır - keçmiş tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın “parlament sədri” David İşxanyan, keçmiş “prezidentlər” Arayik Harutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, keçmiş “dövlət naziri” Ruben Vardanyan, keçmiş “müdafiə naziri” Lyova Mnatsakanyan, “müdafiə naziri”nin müavini Davit Manukyan, keçmiş “xarici işlər naziri” David Babayan və Əsgəran rayonunun Meşəli kəndində çoxsaylı azərbaycanlını qətlə yetirməkdə günahlandırılan Vaqif Xaçaturyandır. Onlar Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

Forum

XS
SM
MD
LG