Accessibility links

Erməni əsilli futbolçular həbsdən azad edilib


Azərbaycanın sərhəd-keçid məntəqəsi-Laçın rayonu (Mənbə: Baş Prokurorluq)
Azərbaycanın sərhəd-keçid məntəqəsi-Laçın rayonu (Mənbə: Baş Prokurorluq)

Sentyabrın 7-də inzibati həbs müddəti başa çatan 3 nəfər erməni əsilli futbolçu azadlığa buraxılıb.

Bu barədə Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycanın dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmiş 3 nəfər erməni əsilli futbolçu avqustun 28-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

“Azərbaycan dövlətinin humanist dəyərlərə sadiqliyinin nümunəsi olaraq onların barəsində cinayət təqibinə xitam verilərək cinayət məsuliyyətindən azad edilib və İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsilə (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) başlanmış icraat üzrə onların hər üçü məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilib”, məlumatda qeyd edilir.

Mətbuat xidməti bildirir ki, sentyabrın 7-də həmin şəxslərin tənbeh müddəti başa çatdığından onların azad olunaraq Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının müşayiətilə Azərbaycanın qanunvericiliyinin tələblərinə uyğun olaraq Laçın sərhəd-keçid məntəqəsindən Ermənistana keçmələri təmin edilib.

Forum

XS
SM
MD
LG