İranda aylardır gündəmdə olan “Hicab və İffət” layihəsinin qanuniləşmə prosesi hələ tamamlanmayıb. Ancaq, İslam Respublikasının qadınların geyimi və həyat tərzinə nəzarət edən müxtəlif qurumları həmin layihə çərçibəsində aqressiv siyasətlərini yürütməyi davam etdirirlər.
Amerikanın Səsinə danışan feminist fəal Türkan Bozqurt hesab edir ki, İran dövləti məcburi hicab mövzusunu bir hökümət məsələsi olmaqdan çıxarmağa və məsuliyyəti vətəndaşların üzərinə qoymağa çalışır.
Türkan Bozqurt İslam Respublikası hakimiyyəti getmədən İranda məcburi hicab məsələsinin çözülməyəcəyini vurğulayır.
Your browser doesn’t support HTML5
“Hicab məsələsi ilə əslində rejim adında olan İslam Cümhuriyyətini qorumaq istətir. Hicab məsələsindən Qərbə qarşı bir marka kimi, bir şüar kimi istifadə edir. İran dövləti üçün hicab məsələsindən vaz keçmək öz zatından vaz keçməkdir. Buna görə, bu rejim getmədən mən hicab məsələsinin düzələcəyini düşünmürəm,” feminist fəal söyləyir.
İslam Respublikası keçən ildən bəri hicab qaydalarına nəzarəti gücləndirmək üçün daha aqressiv siyasətlər tətbiq etməyə başlayıb. Hökumət ticarət obyektlərini müştərilərin qaydalara riayət etmədiyi iddiası ilə möhürləyir. İran polisi kameralar vasitəsilə avtomobillərdə örtünməyən qadın sərnişinləri müəyyən edərək onlara SMS xəbərdarlıq göndərir və avtomobillərə həbs qoyur. Hökumət həmçinin vətəndaşlardan “yaxşı əmələ təşviq və pis əməldən çəkindirmə” (Əmr bil-məruf və nəhy ənil-münkər) missiyasına uyğun olaraq hicab qaydalarına riayət etməyən qadınlara sözlü xəbərdarlıq etmələrini tələb edir.
SEE ALSO: Şərqi Azərbaycan vilayətində sərnişinlərin hicaba riayət etmədiyi iddiası ilə 439 avtomobilə həbs qoyulubTürkan Bozqurt hökümətin bu siyasətlər ilə problemi toplumun içinə daşımağa çalışdığını deyir:
“İran dövləti problemin səviyyəsini dəyişdirir. Bunu hökümət məsələsi olmaqdan çıxarır və məsuliyyəti vətəndaşların üzərinə qoyur. Bir də biz İran toplumu ilə bağlı dürüst olmalıyıq. Əlbəttə ki, bir çoxları baş verənlərin dəhşətli və insan hüquqlarına zidd olduğuna inanır. Amma, belə düşünməyən insanlar da var. Bu hökümətin və bu status-kvonun qalmasını istəyən bir qrup var.”
Türkan Bozqurt “Hicab və İffət” layihəsi çərçivəsində atılan addımların sosial birlik və sosial sağlamlığın pozulması və ya zəifləməsinə səbəb olacağını ifadə edir.
Onun sözlərinə görə, “insanların özlərini daimi təhlükədə və ya narahat bir mühit içərisində görməsi onların ruhi rifahına da təsir edir. Sosial birliyin pozulması və ya azalmasına səbəb olur. Özəlliklə, bunu nəzərə alaraq ki, İran toplumunun özündə də fərqli tərkiblər var. İnsanlar bölündüyü zaman və bir-birlərinə güvənmədiyi zaman cəmiyyətin ümumi mənfəətləri üçün bərabər çalışmanın ehtimalı azalır. Sosial sağlamlıq və sosial fəaliyyət azalır.”
SEE ALSO: Ərdəbil vilayətində hicabla bağlı münaqişə yaşanıb, 5 vətəndaş saxlanılıbBozqurt hicabsız sərnişinlərin polis kameraları ilə aşkar edilməsi və ya qadınların getdikləri bütün ümumi məkanlarda geyim tərzlərinə dair bəzi şəxslərdən sözlü xəbərdarlıq alma ehtimalına diqqət çəkərək, bu vəziyyəti Çin kimi başqa totalitar dövlətlərdə də tətbiq edilən kütləvi nəzarət siyasətinin bir nümunəsi kimi dəyərləndirir.
O, əlavə edir ki, “bu qorxmalı bir şeydir ki, insanlar hər vaxtlarında yəni küçədə də, maşının içində də, bir kafeyə gedəndə və ya dərman almağa gedəndə belə həmişə ağlında olsun ki, mən müşahidə altındayam, mən kontrol altındayam. Bu mənə Corc Oruellin 1984 kitabındakı atmosferi xatırladır.”