Accessibility links

Təbrizdə bir kafe məcburi 'hicab qaydalarına riayət edilmədiyi' iddiası ilə möhürlənib


İranda "hicab və islami qaydalara" riayət etməmək iddiası ilə iş yerləri və ticarət obyektlərinin möhürlənməsi davam edir.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, Təbrizdə bir kafe Şərqi Azərbaycan polis qüvvələri tərəfindən qapadılıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin saytı və sosial şəbəkələrdə yayılan məlumata əsasən, Şərqi Azərbaycan polisinin ümumi məkanlara nəzarət bölməsinin (Əmakin) məmurları Bəxtiyari Kafeni şənbə günü möhürləyiblər.

Kafe "hicab və iffət layihəsi" çərçivəsində qapadılıb.

İslam Respublikası keçən ildən bəri şəriət qaydalarının tətbiqi və qadınların geyiminə nəzarəti gücləndirmək üçün yeni layihələr həyata keçirməyə başlayıb. Hökumət fərqli vilayətlərdə bəzi iş yerləri və ticarət obyektlərini hicab və digər qaydalara riayət edilmədiyi iddiası ilə möhürləyir. İran polisi kameralar vasitəsilə avtomobillərdə hicaba riayət etməyən qadın sərnişinləri müəyyən edərək onlara SMS xəbərdarlıq göndərir.

Hökumət həmçinin vətəndaşlardan "yaxşı əmələ təşviq və pis əməldən çəkindirmə" üzrə öz dini vəzifələrinə uyğun olaraq hicab qaydalarına riayət etməyən qadınlara sözlü xəbərdarlıq etmələrini tələb edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG