Accessibility links

Ərdəbil vilayətində hicabla bağlı münaqişə yaşanıb, 5 vətəndaş saxlanılıb


İran polisi İslam Respublikasının geyim qaydalarına riayət etməyə qadınları maşına mindirir
İran polisi İslam Respublikasının geyim qaydalarına riayət etməyə qadınları maşına mindirir

İran xəbər agentlikləri Ərdəbil vilayətinin bir turist bölgəsində qadınlara geyimlərindən dolayı "sözlü xəbərdarlıq" edən şəxslər ilə bəzi vətəndaşlar arasında münaqişə yaşandığına dair xəbər yayıblar.

Yarı-rəsmi İSNA agentliyi Ərdəbil vilayəti polis komandiri General Cavad Təqəvinin açıqlamalarına istinadən Nəmin şəhərinin turist bölgəsi olan Fındıqlı meşəsində hicabsız qadınlara sözlü xəbərdarlıq edən şəxsi döyən 5 nəfərin nəzarət altına alındığını bildirib.

"Fındıqlı bölgəsinə bir şəxs 'Əmr bil-məruf və nəhy ənil-münkər' (Yaxşılığa əmr etmə və pisliklərdən çəkindirmə) üzrə öz dini vəzifəsinə uyğun olaraq gördüyü hicabsızlara sözlü xəbərdalıq etdiyi üçün bəzi şəxslər tərəfindən hörmətsizlik və zorakılığa məruz qalıb" General Təqəvi şənbə günü mətbuata bildirib.

Polis komandiri deyib ki, "polis qüvvələri hadisə ilə bağlı xəbər aldıqdan sonra 3 saat ərzində həyata keçirdiyi ağıllı əməliyyat nəticəsində 'yaxşılığa əmr edən' vətəndaşı döyən 5 şəxsi saxlayıblar. Saxlanılan şəxslər məhkəmə qurumuna təslim edilib."

Son vaxtlar İslam Respublikası qadınların geyiminə nəzarəti gücləndirmək üçün yeni layihələr həyata keçirməyə başlayıb. Hökümət fərqli vilayətlərdə bəzi iş yerləri və ticarət obyektlərini hicaba riayət edilmədiyi iddiası ilə möhürləyir. İran polisi şəhərlərin fərqli nöqtələrində yerləşdirilmiş kameralar vasitəsilə avtomobillərdə hicaba riayət etməyən qadın sərnişinləri müəyyən edərək onlara xəbərdarlıq SMS-i göndərir. Hökümət həmçinin vətəndaşlardan "Yaxşılığa əmr etmə və pisliklərdən çəkindirmə" üzrə öz dini vəzifələrinə uyğun olaraq hicab qaydalarına riayət etməyən qadınlara sözlü xəbərdarlıq etmələrini tələb edir.

XS
SM
MD
LG