Accessibility links

Türkan Bozqurt: İran etirazlarındakı dinamika, müxtəliflik və balans xaricdəki müxalifətdə əks olunmadı


Türkan Bozqurt
Türkan Bozqurt

Feminist fəal Türkan Bozqurt Amerikanın Səsinə müsahibədə İrandakı son ümumilli etirazlar nəticəsində İran toplumu və İranın siyasi mühitində meydana gələn dəyişiklikləri şərh edib.

Bozqurt hesab edir ki, 2022-ci ilin sentyabr ayında başlayan və aylarla davam edən etirazlarda görünən müxtəliflik, balans və dinamika ölkə xaricindəki müxalifətə transfer olmadı.

Türkan Bozqurt: İran etirazlarındakı dinamika, müxtəliflik və balans xaricdəki müxalifətdə əks olunmadı
please wait

No media source currently available

0:00 0:15:00 0:00
Direct link

"Bu etirazlardan sonra İran sosial və mədəni anlamda çox böyük dəyişikliklərdən keçir. Mən gənclərdə özünə inamın daha yüksəldiyini görürəm... Nəsillərin arasında bir qarşıdurma yaranıb. Yəni, gənc nəsil o biri nəslin qarşısında durur, öz yolunu seçmək istədiyini deyir. Gənclər daha öncə də bir zindanda yaşadıqlarını bilirdilər, amma bunu səsləndirməmişdilər" , o deyib.

Bozqurt siyasi baxımdan da vəziyyətin dəyişdiyini və dövlətə qarşı müxalif səslərin etirazlardan öncəki dönəmə görə daha yüksək çıxdığını ifadə edir:

"Biz gənclərin dövlətə qarşı daha çox səslərinin çıxdığını görə bilirik. Tamam, bəlkə etirazlar bir az yavaşlayıb, amma biz o dəyişimi görə bilirik ki, dövlətə qarşı danışmaq bəlkə daha öncə bu qədər asan deyildi, biraz tabu idi. Özəlliklə gənc qızlara baxanda görünür ki, onlara nə qədər özünə inam gəlib. Ümid gəlib ki, fərqli şeylər olacaq".

Gənc fəal daxildəki etirazlarda görünən müxtəliflik, dinamika və balansın xaricdəki İran diasporasında əks edilmədiyini vurğulayır.

Onun sözlərinə görə, "içəridə məsələn, görürdük ki, türklər etirazlara gedir və öz şüarlarını deyirlər. Azadlıq, ədalət və milli dövlət istəyirlər. Bəluçlar gedir öz şüarlarını verir. Farslar da kürdlər də o şəkildə. Amma o dinamika və o balans diasporaya transfer olmayıb. Biz İran cəmiyyətinə baxanda, biraz bəlkə farsları görürük, biraz türkləri, biraz ərəblər və biraz bəluçları... Amma diasporada olan müxalifətə baxanda 80 faiz bəlkə daha da çox farsların danışdığını görürük. Onların tələbləri, onların ehtiyacları [danışılır]".

Türkan Bozqurt əlavə edir ki, "farsdilli meynstrim mediaya baxanda mövzu tamamən dəyişib. Artıq qadınlar, insan haqları, İranın vəziyyətinin nə olduğundan keçib və gəlib oraya ki, biz lider seçməliyik, biz şahçıyıq, biz federalistik, oyuq və ya buyuq...".

Onun fikrincə, xaricdə yaşayan iranlı mühacirlərin demoqrafik tərkibi də hazırki vəziyyətə təsir edir:

"Bunu da başa düşməliyik ki, diasporadakı vəziyyət də say və gücdən asılıdır. Məsələn İrandakı türklərin köçməyə o qədər də imkanları yoxdur. Bu qalıb sinifə, bu qalıb buna ki, sənin nə qədər imkanın var ki, köçəsən və ya oradan eşiyə çıxa bilərsən, ya yox. Bunu daha çox pullular edə bilir. Daha çox Tehran kimi metropoliten şəhərlərdə yaşayan zəngin və oxumuş ailələr bunu edə bilir. İran dövlətləri də həmişə onları dəstəkləyib. Xaricə çıxanların çoxu onlardan olduğu üçün, pullarının çox olduğu üçün diasporada səsləri daha çox eşidilir. Onlar artıq nə feminist qruplarla danışırlar, nə türklər ilə, nə də ərəblər ilə. Heç biri ilə danışmırlar. İçəridə olan balans xaricə çıxmır və mən fikr edirəm ki, millət də bunu başa düşür və deyir ki, mən nə şahçıyam, nə də şeyxçi" - deyə, Türkan Bozqurt əlavə edib.

XS
SM
MD
LG