Accessibility links

Rza Talibi: İran hökuməti məcburi hicabdan vaz keçsə, digər cəbhələrini də itirəcəyindən qorxur


Rza Talibi
Rza Talibi

İslam Respublikası keçən ildən bəri şəriət qaydalarının tətbiqi və qadınların geyiminə nəzarəti gücləndirmək üçün yeni layihələr həyata keçirməyə başlayıb. Amerikanın Səsinə danışan jurnalist Rza Talibi hesab edir ki, hökümət məcburi hicab mövzusunda geri addım atsa, digər cəbhələrini də itirəcəyindən qorxur.

please wait

No media source currently available

0:00 0:10:05 0:00
Direct link

Hökümət bir neçə aydır vətəndaşlardan “yaxşı əmələ təşviq və pis əməldən çəkindirmə” üzrə öz dini vəzifələrinə uyğun olaraq hicab qaydalarına riayət etməyən qadınlara sözlü xəbərdarlıq etmələrini tələb edir.

Keçən aylarda İranın bir çox vilayətində bəzi şəxslər tərəfindən qadınlara geyimləri ilə bağlı xəbərdarlıq edilməsi vətəndaşlar arasında qarşıdurma və münaqişələrə yol açıb. İran xəbər agentlikləri şəhərlərdə yaşanan münaqişələrin ardınca bəzi vətəndaşların nəzarət altına alındığına dair məlumat yayıblar.

Rza Talibinin dediklərinə görə, “son zamanlar görünən budur ki, fərqli yerlərdə xüsusilə metro və ya insanların daha çox toplaşdığı və ya get-gəl etdiyi yerlərdə hicab və baş örtüsü mövzusunda ‘Əmr bil-məruf’ olunur (qadınlara sözlü xəbərdarlıq edilir). Bunu kimlər edir? Bir çox orqan və dövlətə bağlı olan qurumlar bunun məsuliyyətini almırlar. Əvvəllər də deyirdilər ki, ‘İrşad dövriyyələri’ (hicaba nəzarət patrulları) və ya qadınları tutan o polis maşınları əsasən qanuni deyil və yoxdur.”

İran höküməti şəriət qaydalarının tətbiqi və qadınların geyiminə nəzarəti gücləndirmək istiqamətində, o cümlədən ticarət obyektlərini müştərilərin hicab və digər qaydalara riayət etmədiyi iddiası ilə möhürləyir. İran polisi kameralar vasitəsilə avtomobillərdə hicaba riayət etməyən qadın sərnişinləri müəyyən edərək onlara SMS-lə xəbərdarlıq göndərir və avtomobillərə həbs qoyur.

Rza Talibi həmin layihələrin həyata keçirilməsində “özbaşınalıq” olduğunu önə çəkir. “Bir özbaşınalıq var. Fərqli qurumlar məsələyə daxil olur. Bir yandan Bəsic, bir yandan Sepah, Əmr bil-məruf qərargahı, milli iffət mərkəzi və digər qurumlara bağlı olan və özlərini Əmr bil-məruf edən olaraq görən şəxslər bu məsələyə daxil olurlar,” deyə o, bilirib.

Jurnalistin fikrincə, İslam Respublikası hicab mövzusunda geri addım atdığı təqdirdə digər cəbhələrdə də geri addım atmağa məcbur qala biləcəyini düşünür.

O əlavə edir ki, “hökümət hicab qaydalarına riayət etməyənləri dövlət qurumları vasitəsi ilə cəzalandırmaq və ya həbsxanalarda saxlamaq yerinə xalqı bir-biri ilə məşğul etmək və bəzən də maddı cəzalarla qarşı-qarşıya qoymağa çalışır... Hakimiyyət son etirazlarla bərabər hiss etdi ki, hicab onun ilk cəbhəsidir və bundan vaz keçərsə, digər məsələlərdə geri addım atması istəniləcək. Necə ki, müxalifət də belə anlamlandırdı ki, hicab İslam Cümhuriyyətinin təməllərindən biridir və bu, aşılarsa bu hakimiyyət gedər. Hökümətin daha öncə hicab mövzusu ilə bağlı qayğısı yox idi və bunu kontrol edə bilirdi.”

Forum

XS
SM
MD
LG