Azərbaycan və İsrail əlaqələrin genişləndirilməsini müzakirə edib

Hikmət Hacıyev və Tsaxi Haneqbi (Mənbə: Azərbaycanın İsraildəki səfirliyi)

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi və regional məsələləri müzakirə edib.

Azərbaycanın İsraildəki səfirliyi sentyabrın 5-də X (keçmiş Twitter) hesabında bildirib ki, görüşdə ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tsaxi Haneqbi də özünün X (keçmiş Twitter) səhifəsində Azərbaycan Prezidentininn köməkçisi ilə görüşündən bəhs edib: “Mən bu axşam Qüdsdə Azərbaycan Prezidentinin köməkçisi ilə ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi çərçivəsində hərtərəfli siyasi danışıqlar apardım. Bir neçə ay əvvəl Azərbaycan ilk dəfə olaraq İsraildə səfirliyini açıb və o vaxtdan bəri ölkələrimiz arasında əlaqələr daha da möhkəmlənməkdə davam edir”, o qeyd edib.