Accessibility links

İlham Əliyev Azərbaycanın yeni PUA-lar və uzaqmənzilli raketlər alacağını bildirib


"Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır." Bu sözləri iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib. AZƏRTAC agentliyinin yaydığı məlumatda prezidentin buna nail olmaq üçün kompleks tədbirlər görülürdüyü dediyi qeyd olunur.

“Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır - həm yeni pilotsuz uçuş aparatlarının ölkəmizə gətirilməsi, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir”, - Əliyev qeyd edib.

Azərbaycan prezidentinin sözlərinə görə, Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi davam edir: “Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar, əminəm ki, yaxın gələcəkdə öz bəhrəsini verəcək. Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir.”

Siyasi tədqiqatçı Fuad Şahbazov Amerikanın Səsinə deyib ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın əsas prioritet məsələlərindən biri, ordunun daha da müasirləşdirilməsi və daha müasir silah sistemlərinin alınmasıdır.

Fuad Şahbazov
Fuad Şahbazov

“Bu baxımdan 2021-ci ildən bu yana Azərbaycan həm İsrail, həm də Türkiyə ilə mövcud hərbi kontraktların sayını daha da artırıb və alınan silahların həcmi də artıb”, o bildirib.

Ekspertin sözlərinə görə, Azərbaycan 2020-ci ildən indiyədək hərbi xərclərini iki dəfə artırıb.

“Bu baxımdan Prezident İlham Əliyevin yeni döyüş dronları, uzaqmənzilli raketlərlə bağlı verdiyi elan da təəccüb doğurmur. Həm də nəzərə alsaq ki, Azərbaycanın son iki ildə İran ilə münasibətləri olduqca gərgindir və İranın xüsusi olaraq hərbi fiqurları, dövlət rəsmləri Azərbaycanı müxtəlif formalarda təhdid edirlər. Bu baxımdan Azərbaycan bu təhdidləri real hesab edərək uzaqmənzilli raketlərin və döyüş dronlarının sayını artırmaqda maraqlı ola bilər. Düşünürəm ki, iki ölkə arasında eskalasiya hələ uzun bir müddət Azərbaycanın hərbi xərclərində və apardığı hərbi siyasətdə özünü daha çox biruzə verəcək”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG