Accessibility links

Fuad Şahbazov: Azərbaycan və İsrail münasibətlərində süni maneələr aradan qaldırılıb


Fuad Şahbazov: Azərbaycan və İsrail münasibətlərində süni maneələr aradan qaldırılıb
please wait

No media source currently available

0:00 0:05:26 0:00

Siyasi tədqiqatçı Fuad Şahbazov Amerikanın Səsinə müsahibəsində Azərbaycan-İsrail münasibətlərinin perspektivlərindən danışıb.

Amerikanın Səsi: Azərbaycan prezidenti bildirib ki, Azərbaycan-İsrail arasında siyasi dialoqun yüksək səviyyəsi iqtisadiyyat, energetika, yüksək texnologiyalar, təhsil, hərbi-texniki sahələrdə qarşılıqlı fəaliyyətin genişləndiriliməsi və yeni məzmunla zənginləşməsi üçün əlverişli şərait yaradır. Sizcə ikitərəfli əlaqələrdə yeni məzmun nə ola bilər?

Fuad Şahbazov: Azərbaycan və İsrail arasında əməkdaşlıq ikinci Qarabağ müharibəsindən sonra yeni mərhələyə qədəm qoyub. Çünki bundan əvvəl münasibətlər bir az daha qapalı, bağlı qapılar arxasında həyata keçirilirdisə, indi daha açıq, şəffaf bir formata keçib. Azərbaycan və İsrail arasında həqiqətən əməkdaşlıq üçün yeni sahələr yaranıb. Bir az daha əvvəlki illərdən fərqli olaraq süni maneələr aradan qaldırılıb. Həm Azərbaycanın, həm də İsrailin bu tip əməkdaşlığı qapalı formada saxlamaq, gizləmək ehtiyacı artıq aradan qaldırılıb.

Amerikanın Səsi: İsrail ilə münasibətlərin inkişafı Azərbaycana yeni təhdidlər gətirə bilərmi? Xüsusilə bu münasibətlərin inkişafı İranın kəskin tənqidləri ilə qarşılanır?

Fuad Şahbazov: Təbii, biz burada potensial təhdidləri gözardı edə bilmərik. Amma real təhdidlərə gəlincə, mən açığı inanmıram. Bu mənada bir az ehtiyatlı davranmaq lazımdır. Real təhdidlər dedikdə Azərbaycanla və İsraillə münasibətlərinə əsasən real təhdid adı altında İran nəzərdə tutulur. İran ilə, bildiyimiz kimi, 2021-ci ilin ortalarından başlayaraq tədricən gərginlik artmış və indi olduğumuz mərhələyə gəlib çatmışdır. Eyni zamanda həqiqəti desək İranın bununla bağlı Azərbaycana təsir mexanizmi olduqca məhduddur. İranın əlində xüsusi bir mexanizm yoxdur ki, Azərbaycanı o təzyiq vasitəsi ilə İsrail ilə yaxın münasibətlərdən çəkindirsin.

Amerikanın Səsi: Sizcə Azərbaycana qarşı təhdidlər olarsa İsrail və onun müttəfiqləri Azərbaycanın təhlükəsizliyinin təminatında hansı yardımlar edə bilər?

Fuad Şahbazov: Əgər burada yardımları nəzərdə tutursunuzsa, yardımlar təbii ki, olacaq. Bunu təbii ki, Ukrayna ilə müqayisə etmək olmaz. Amma real birbaşa hərbi yardım olmasını düşünürəm, maddi və texniki cəhətdən təbii ki, yardımlar olacaq. Bu yardımlar rəsmi və qeyir-rəsmi formada olacaq. Eyni zamanda bu yaxınlarda ABŞ senatında dinləmələr zamanı ABŞ Dövlət katibi Antoni Blinken bildirmişdi ki, Azərbaycanla İran arasında kifayət qədər böyük sərhəd var. Bu sərhəd mühafizə edilməlidir. Digər tərəfdən də biz burada yardım dedikdə İsrail və Türkiyəni əsas faktor kimi götürməliyik.

Amerikanın Səsi: Sizcə ikitərəfli əməkdaşlığın hansı sahələrdə inkişafı üçün daha çox potensial var?

Fuad Şahbazov: İsrail ilə Azərbaycan arasında münasibətlərin əsas prioriteti hərbi sənaye sahəsində əməkdaşlıq üzərində qurulub. Çünki İsraildə olan hərbi sənaye Azərbaycana imkan verir ki, ən müasir hərbi texnologiyalara çıxış əldə etsin. Aydındır ki, müharibədən sonra İsrail ilə əməkdaşlıq hərbi sahədən bir az da kənara çıxaraq digər sahələrə də nüfuz etməyə başlayıb. Düşünürəm ki, yaxın zamanlarda biz digər sahələrdə də İsrailin nüfuzunun artdığını görəcəyik.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG