Accessibility links

İsrail hərbçiləri İordan çayının qərb sahilində axtarışda olan 3 fələstinlini öldürüb


İsrail ordusu cümə axşamı israillilərə qarşı ölümcül hücumlar həyata keçirdiklərinə görə axtarışda olan üç fələstinlinin İsrail əsgərləri tərəfindən öldürüldüyünü bildirib.

Hərbçilərin bildirdiyinə görə, həmiş şəxslər keçən ay İordan çayının qərb sahilindəki yəhudi yaşayış məntəqəsi yaxınlığında Britaniya və İsrail vətəndaşı qadın və onun iki qızının ülümünə səbəb olan hücumun arxasında olub.

Hərbçilər üç fələstinlinin cümə axşamı səhər saatlarında işğal altında olan İordan çayının qərb sahilindəki Nablus şəhərinin mərkəzində baş verən atışma zamanı öldürüldüyünü bildirib. Onlardan ikisinin HƏMAS-la bağlı militantlar olduğu iddia edilib. Həmin şəxslərin Həsən Kətnani, Moaz Məsri və İbrahim Hura olduğu müəyyən edilib.

Fələstin Səhiyyə Nazirliyi üç nəfərin öldüyünü bildirsə də, onların kimliyi barədə məlumat vernəyib.

Nablusdakı zorakılıqlar bölgədə xüsusilə həssas bir vaxta - həbsdə saxlandığı üçün aclıq aksiyası keçirən tanınmış fələstinli məhbusun İsrail həbsxanasında ölməsindən bir neçə gün sonra baş verib.

İsrail keçən il fələstinlilərin israillilərə qarşı silsilə hücumlarından bəri, bir ildən artıqdır ki, İordan çayının Qərb sahilindəki kənd, qəsəbə və şəhərlərə gecəyə yaxın reydlər təşkil edir. İsrail deyir ki, reydlər silahlı şəbəkələri dağıtmaq və gələcək hücumların qarşısını almaq məqsədi daşıyır.

Reydlər fələstinlilərin hücumlarını artırması ilə nəticələnib.

Reydlər başlayandan bəri 250-yə yaxın fələstinli həlak olub. İsrail onların əksəriyyətinin militant olduğunu desə də, onların arasında daş atan yeniyetmələr və qarşıdurmalarda iştirak etməyən insanlar da olub.

Fələstinlilərin İsrailə qarşı hücumları nəticəsində isə 50-yə yaxın israilli ölüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG