Accessibility links

İsrail qadağanı ləğv etdikdən sonra İordan çayının qərb sahilində yəhudilər üçün dini məktəb tikib


İşğal edilmiş İordan çayının qərb sahilindəki yəhudi mühacirlər bazar ertəsi bildiriblər ki, İsrail hökuməti ərazinin şimal hissəsindəki boşaldılmış bir neçə bölgədə yaşayış məskənlərinə qoyulan qadağanı ləğv etdikdən sonra dini məktəb tikib.

Fələstin səhiyyə rəsmiləri, həmçinin bazar ertəsi İordan çayının qərb sahilinin Cenin şəhərində bir fələstinlinin İsrail əsgərlərinin atəşi nəticəsində həyatını itirdiyini bildirib.

Məktəb İsrailin 2005-ci ildə Qəzza Zolağından çıxarılması planının bir hissəsi olaraq İordan çayının qərb sahilindəki evakuasiya edilmiş dörd postdan biri olan Homeşda bazar günü tikilib.

Mart ayında İsrailin ifrat sağçı hökuməti 2005-ci ildə dörd postun boşaldılmasını və israillilərin ərazilərə yenidən daxil olmasını qadağan edən aktı ləğv edib.

Məskunlaşmaya qarşı olan qrupları deyirlər ki, bu ərazilərdə daha çox tikintisi işləri müstəqil Fələstin dövlətinə olan ümidləri daha da azaldır. İsrailin ən yaxın müttəfiqi olan ABŞ da narahatlığını dilə gətirib.

Homeş İsrailin qərb sahilinin şimalındakı nəzarətini dərinləşdirmək üçün məskunlaşanların səylərinin mərkəzində yer alır. 2005-ci il aktına baxmayaraq, məskunlaşanlar uzun müddətdir ki, keçmiş evlərin təməllərində çadırlar və digər strukturlar quraraq, bölgədəki varlığını qoruyub saxlayır.

İsrail hökuməti yaşayış məntəqələrinin salınmasını özünün əsas prioritetlərindən biri edib. Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hakim koalisiya İordan çayının qərb sahilində yaşayış məntəqələri üzərində müəyyən səlahiyyətlərə malik olan maliyyə naziri Bezalel Smotriç də daxil olmaqla, ultramillətçi köçkün tərəfdarlarından ibarətdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG