Accessibility links

Azərbaycan təmsilçiləri "Eurovision-2023" mahnı müsabiqəsində finalına keçə bilməyib


İngiltərənin Liverpul şəhərində "Eurovision-2023" mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib. Azərbaycan təmsilçiləri finala yüksələ bilməyib.

Azərbaycanı təmsil edən Tural və Turan Bağmanovlar (TuralTuranX) 12-ci nömrə altında səhnəyə çıxıblar. Onlar müəllifləri olduqları "Tell me more" mahnısını ifa ediblər.

İlk yarımfinalda səhnəyə Norveç, Malta, Serbiya, Latviya, Portuqaliya, İrlandiya, Xorvatiya, İsveçrə, İsrail, Moldova, İsveç, Çexiya, Niderland, Finlandiya və Azərbaycandan olan təmsilçilər çıxıb.

Mahnı müsabiqəsinin yarımfinalı mayın 11-də, finalı isə mayın 13-də baş tutacaq.

Ötən il 66-cı "Eurovision" mahnı müsabiqəsinin qalibi Ukraynanın "Kalush" qrupu olub. Avropa Yayım Birliyi (EUB) Eurovision-2023-ün Rusiya-Ukrayna müharibəsi səbəbindən Ukraynada keçirilməyəcəyini açıqladıqdan sonra Böyük Britaniyaya müraciət olunub.

XS
SM
MD
LG