Ukraynanın milli geyimləri bu yaxınlarda Sietl Metropolitan Moda Həftəsində nümayiş etdirilib.
Vaşinqton ştatı dedikdə, böyük texnoloji şirkətlər və açıq hava həvəskarları ağla gələn ilk şey deyil. 11-ci mövsümündə Sietl moda həftəsində diaspor icmalarının mədəniyyəti önə çəkilib.
"Microsoft, Amazon, Costco, Starbucks kimi Metropolitan Moda Həftəsi Sietldə də təsis edilib. Ekoloji materiallardan ilhamlanaraq yüksək modada şah əsərləri yaradan dizaynerlərimiz var. Sizə bir misal verim - bu paltar 6000 samandan hazırlanıb. ABŞ-da bir dəqiqə ərzində bu qədər saman atırıq" , Metropolitan Moda Həftəsinin direktoru Eduardo Xavam deyib.
Bu ilin xüsusi iştirakçısı ölkənin bir sıra regionlarının ənənəvi geyimlərini əks etdirən Ukrayna xalq geyimləri kolleksiyası olub.
"Bu parçalardan bəzilərinin 200 yaşı var, ona görə də onu geyinmək çox xüsusi bir hiss verir" , könüllü model Tanya Zayka bildirib.
Əslən Kyivdən olan Tanya Zayka 30 ildir ABŞ-da yaşayır. O, boş vaxtını humanitar layihələrə həsr edir.
"Bu gün auditoriyamıza çatdırmağa çalışdığımız bir şey budur ki, onların əksəriyyəti Rusiyanın Ukraynadakı dəhşətli müharibəni görür və biz hamımız dağıntıları gördük, lakin biz Ukraynanın digər tərəfini də göstərmək istərdik. Sülh dövründə olduğumuz gözəl, ehtiraslı, zəngin mədəniyyətli, xoşbəxt insanları".
Ukrayna geyimlərinin kuratoru Sietl rəssamı və kinorejissoru Volya Dzemkadır.
"Ukraynada müharibə başlayanda mən Ukraynanı, Ukrayna xalqını dəstəkləmək məcburiyyəti hiss etdim. Keçən ilin əvvəlinə mənim iki Ukrayna kostyumum var idi, Çernıyev və Kyiy. Sonra Sietldəki dostlarımın vışivanka günü keçirmək istədiklərini biləndə onlara orijinal Ukrayna kostyumlarımı təklif etdim".
Vışivanka günü Ukrayna xalq adət-ənənələrini qoruyub saxlamaq məqsədi daşıyan bayramdır və bu bayrama vışivanka adlı etnik naxışlı paltarların tikilməsi və ya geyinilməsi daxildir.
Dzemka geyimləri diqqətlə bərpa edir, dövrə uyğun parçalar və elementləri uyğunlaşdırmaq üçün saatlarla vaxt sərf edir. Kolleksiyada hazırda 26parça var.
"Bu kostyum Poltava vilayətindəndir. Bu, ərli qadın üçün bayram kostyumudur. Biz bunu necə bilirik? Baş örtülü olur. Bir qız və ya subay qadın və ya gəlin üşün əlbəttə ki, hamımızın pərəstiş etdiyi super nəhəng, tamamilə fantastik bir Ukrayna baş geyimi olacaq".
Dzemka deyir ki, bəzi elementlər bu gün dəbdə aktual olaraq qalır. Ənənəvi dukaç kulonunu götürün.
"Ukraynalı moda həvəskarları bunu həqiqətən sevir. Düşünürlər ki, bu, Ukrayna boyunbağıdır, mən ukraynalıyam və bunu fəxrlə taxıram".
Dzemka etiraf edir ki, ənənəvi geyimləri toplamaq sonsuz səyahət deməkdir. O, bir gün kolleksiyanın Ukrayna mədəniyyəti muzeyində öz yerini tapacağına ümid edir.