Təbrizdən olan İran parlamentinin üzvü Məsud Pezeşkiyan İran mediası ilə son söhbətində hökumətin qadınların geyiminə müdaxiləsini tənqid edib və bunun problemləri daha da artıracağını bildirib.
İran parlamentindəki Təbriz nümayəndəsi, reformist cərəyanına meylli Məsud Pezeşkiyan daha öncə də polisin hicabsız qadınlara qarşı "İffət və Hicab Planını" tənqid etmişdi.
O, ölkədə qadınların geyimlərinə hökumətin müdaxiləsi ilə bağlı iran mediasına verdiyi son açıqlamasında bu tədbirlərin nəticə verməyəcəyini bildirib.
Pezeşkiyan hakimiyyətin hicab qaydaları qanununun "insanların şəxsi hüquqlarına" zidd olduğunu irəli sürüb.
SEE ALSO: Ərdəbildə hicab qaydalarına əməl etməyən qadınlara qarşı yüzlərlə qrup təşkil edilib"İnsan davranışı ailədə, mədəniyyət ocaqlarında formalaşır; İnsanların davranışını qanunla düzəldə bilməzlər, məsələn, indi qanun yazsınlar ki, namaz qılın, oruc tutun, inanın; Bu qanunlara heç kim qulaq asmaz. Qanun insanlar arasında münasibətlər, sosial məsələlər, problem və ixtilafların həlli üçündür; İnsanlara necə geyinib geyinməməkləri barədə qanun qəbul etmək insanların şəxsi hüquqlarına müdaxilədir və təbii ki, nəticə verməz"- deyə, parlamentar bəyan edib.
Pezeşkiyan habelə deyib ki, "Quranda hicab mömin qadınlara və Allah Rəsulunun zövcələrinə tövsiyə olunur. İnancı olmayan insanları öz inanclarımız əsasənda hərəkət etməyə məcbur edə bilmərik."
İran İslam Respublikasının keçmiş prezidenti Məhəmməd Xatəminin kabinetindəki keçmiş səhiyyə naziri deyib ki, hicab məsələsində mədəni və rasional iş aparılmasa, polisin, məhkəmənin bu məsələyə cəlb olunması problemləri daha da artıracaq.
SEE ALSO: Təbrizli millət vəkili polisin hicabsız qadınlara qarşı yeni planını tənqid edibMillət vəkili Məhsa Əmininin əxlaq polisi tərəfindən həbs olunduqdan sonra polis qüvvələrinin ona tətbiq etdiyi zorakılıq nəticəsində ölümündən dərhal sonra bu hadisəyə aydınlıq gətirilməsini tələb edən və polisin qadınlara qarşı rəftarını tənqid edən şəxslərdən olub.
Ölkədə kütləvi etirazların yatırılmasından sonra İran polisi"İffət və Hicab Planı" adı ilə yeni layihə açıqlayıb və iddia edib ki, yeni qaydada hicabsız qadınlara polis qüvvələri tərəfindən heç bir fiziki müdaxilə olmayacaq, hicabsız insanlar şəhər kameraları vasitəsilə müəyyən ediləcək və onlara qarşı hüquqi prosedurlar həyata keçiriləcək.