Accessibility links

İran hakimiyyəti məcburi hicab qanununa əməl etməyən müəssisələri bağlayır


İran hakimiyyəti məcburi hicab qanununa əməl etmədiyini iddia edərək, ölkə boyu çox sayda mağaza və biznesi bağlayır.

İrandan alınan məlumatlara görə, Kirmanşah vilayətinin polis komandiri Əli Əkbər Cavidan İctimai Yerlərə Nəzarət İdarəsinin "digər məsul qurumlarla" əməkdaşlıq edərək, "iffət və hicab planının icrasına" başladığını bildirib.

Cavidan məcburi hicab qaydalarına əməl etməklə bağlı xəbərdarlıqlara məhəl qoymadığı üçün 45 müəssisənin bağlandığını deyib.

İran bu yaxınlarda məcburi hicab qanununu tətbiq etmək üçün yeni daxili nəzarət proqramına başlayıb və görünür, bir çox qadın buna məhəl qoymur.

İran dövlət mediası proqramın aprelin 15-də qüvvəyə mindiyini bildirib. İranın milli polis rəisi Əhməd Rza Radan bir həftə əvvəl bildirib ki, rəsmilər qanunu pozan qadınları müəyyən etmək üçün küçə kameraları da daxil olmaqla, qabaqcıl müşahidə imkanlarından istifadə edəcək. Dünyəvi iranlılar tərəfindən tənqid edilən İslam geyim kodu qadınların ictimai yerlərdə saçlarını örtməsi üçün hicab taxmasını tələb edir.

Qadınların ictimai yerlərdə hicab taxması tələbi 1979-cu il İslam inqilabından qısa müddət sonra tətbiq edilib.

Keçən il sentyabrın 16-da 22 yaşlı kürd qadın Məhsa Əmininin hicab qanununu pozduğu iddiası ilə həbsdə öldürülməsindən sonra İranda geyim kodunu pozan qadınların sayı artıb.

Polisin təhdidlərinə baxmayaraq, bir çox qadın və qız ictimai yerlərdə baş örtüklərsiz foto və videolarını paylaşmaqda davam edir.

XS
SM
MD
LG