Accessibility links

Ərdəbildə hicab qaydalarına əməl etməyən qadınlara qarşı yüzlərlə qrup təşkil edilib


Təbriz
Təbriz

İran mediasında dərc olunan məlumata görə, İslam Respublikasının bəzi dövlət qurumları Ərdəbil vilayətində hicab qaydalarına əməl etməyən qadınlara nəsihət vermək üçün yüzlərlə qrup təşkil ediblər.

İslam Respublikasının Ərdəbildəki "Yaxşılığı əmr edib pislikdən çəkindirmək" üzrə dövlət qurumunun rəhbəri İbrahim Mirabbaszadə hicab qaydalarına əməl etməyən qadınlarla mübarizə aparmaq məqsədi ilə 300 qrupun təşkil edildiyini açıqlayıb.

Bu qurumun rəhbərinin sözlərinə görə, həmin qruplar hicabsızlığın yayılmasının qarşısını almaq üçün "şifahi xəbərdarlıq və qabaqlayıcı tədbirlərin" alınması məqsədilə yaradılıb.

Bu qrupların vəzifəsi "hicaba riayət etməyi tövsiyə edib nəsihət vermək"dir. Lakin hicabsız və ya hicab qaydalarına düzgün əməl etməyən qadınlara qarşı bu qrupların başqa səlahiyyətlərinin olub-olmadığına açıqlıq gətirilməyib.

Baxmayaraq ki, son illər və xüsusilə də son aylar İranda öyüd-nəsihət verən insanlarla məcburi hicab qaydalarına əməl etməyən qadınlar arasında çoxlu münaqişələr baş verib. Amma görünən odur ki, İran hökuməti qadınlar üçün məcburi hicabın tətbiqində bu tip üsuldan istifadə etməkdə israrlıdır.

Sosial şəbəkələrdə vətəndaşlar tərəfindən paylaşılan bəzi videolar göstərir ki, həmin şəxslərin məcburi hicab qaydalarına əməl etməyən qadınlara şifahi xəbərdarlıqları zamanı bu insanlar arasında şifahi, bəzi hallarda isə fiziki münaqişələrə gətirib çıxarır.

Bu mövzuda məşhur hadisələrdən biri də Sepideh Raşnu ilə bağlı fiziki qarşıdurmaya səbəb olan və nəhayət təhlükəsizlik qüvvələri tərəfindən həbs edilməsinə səbəb olan hadisədir.

XS
SM
MD
LG