İsrailin xarici işlər naziri Azərbaycana səfər edəcək

Ceyhun Bayramov və Eli Kohen (Rəsmi foro. Mənbə: İsrail Xarici İşlər Nazirliyi)

Aprelin 18-də İsrailin xarici işlər naziri Eli Kohen Bakıya gələcək.

Yerli medianın məlumatına görə, Eli Kohen səfər çərçivəsində aprelin 19-da Bakıda keçiriləcək Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komisiyasının növbəti iclasında iştirak edəcək, həmçinin onun ölkə rəsmiləri ilə görüşlər keçirəcəyi gözlənilir.

İsrail Xarici İşlər Nazirliyinin saytındakı məlumatda deyilir ki, Kohen iqtisadi əməkdaşlıq məsələləri üzrə məsləhətləşmələr aparmaq üçün böyük nümayəndə heyətinə rəhbərlik edəcək.

Martın 29-da Azərbaycan Təl-Əvivdə öz səfirliyini açıb. O zaman Eli Koen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşündə bildirib ki, iki ölkə arasında ticari əlaqələrin dərinləşdirilməsini davam etdirmək üçün iqtisadi nümayəndə heyətinin başçılığı ilə yaxın həftələrdə Bakıya diplomatik səfər etmək niyyətindədir.

Kohen aprelin 20-də İsrail səfirliyinin açılış mərasiminin keçiriləcəyi Türkmənistana səfər edəcək.