Azərbaycan İsraildə sinaqoqa silahlı hücumu pisləyib

Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi İsraildə sinaqoqa silahlı hücumu pisləyib.

Bu barədə Xarici İşlər Nazirliyi rəsmi “Twitter“ hesabında paylaşım edib.

Xarici İşlər Nazirliyinin twitter səhifəsi

“Yerusəlimin Neve Yaakov məhəlləsindəki sinaqoqda terror hücumunu şiddətlə qınayırıq. Həlak olanların ailələrinə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik”, məlumatda deyilir.

Qeyd edək ki, İsrailin Yerusəlim şəhərində sinaqoqa silahlı hücum zamanı 8 nəfər ölüb, 10 nəfər yaralanıb.

İsrail polisi hadisəni terror aktı adlandırıb.