Müsavat Partiyası noyabrın 15-də İranın Bakı səfirliyinin binası qarşısında aksiya keçirməyi planlaşdırır.
Müsavat Partiyasının məlumatına görə, noyabrın 5-də aksiya ilə bağlı Bakı şəhər İcra hakimiyyətinə müraciət edilib.
"Aksiyada İranın anti-azərbaycan siyasəti və İranda dinc aksiyaçılara qarşı amansız davranışlara etiraz edilməsi nəzərdə tutulub" , məlumatda qeyd edilir.