İran prezidenti İbrahim Rəisi noyabrın 4-də ABŞ prezidenti Co Baydenin İranın azadlığa ehtiyacının olması ilə bağlı şərhinə cavab olaraq İranın 1979-cu il İslam İnqilabı ilə azad edildiyini bildirib.
"Mən Baydenə deyirəm ki, İran 43 il əvvəl azad edilib" – deyə, Rəisi canlı televiziya çıxışında bildirib.
Bayden bunu noyabrın 3-də Kaliforniyada seçki kampaniyasındakı çıxışı zamanı onlarla nümayişçinin həftələrdir hökumətə qarşı nümayişlər keçirən iranlı etirazçıları dəstəkləyən plakatlarla yaxınlıqda toplaşdığı bir vaxtda bildirib.
"Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar tezliklə özlərini azad edəcəklər" – deyə, Bayden qeyd edib.
İran prezidenti bildirib ki, bu şərh 1979-cu ilin noyabrında ABŞ-ın Tehrandakı səfirliyinə hücumun ildönümündən bir gün əvvəl verilib. Həmin zaman onlarla amerikalı 444 gün ərzində girov götürülmüşdü. "O [Bayden] [şərhini] axmaq bir vəziyyətdə demiş ola bilər" – Rəisi əlavə edib.
Rəisinin cavabı 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da ölümündən sonra başlayan hakimiyyət əleyhinə etirazların təxminən yeddi həftəyə qədər dövlət tərəfindən qəddarcasına susdurulması fonunda gəlir.
İranlı qadınlar məcburi baş örtüyü olan hicablarını çıxarıb yandırıblar, bir çox etirazçı isə İslam Respublikasına son qoyulmasına çağırıb. "Qadın, həyat, azadlıq" və "Diktatora ölüm" etirazçıların əsas şüarlarına çevrilib.
Hakimiyyət iğtişaşların arxasında ABŞ və İsrail də daxil olmaqla İranın düşmənlərinin olduğunu iddia edib.
Hüquq qruplarının məlumatına görə, repressiyalar zamanı 270-dən çox insan həlak olub. Bir çox etirazçı, o cümlədən jurnalistlər, hüquqşünaslar, fəallar, rəqəmsal hüquq müdafiəçiləri və başqaları da daxil olmaqla, daha bir neçə min nəfər həbs edilib.
4 noyabr 1979-cu il tarixində Ayətullah Ruhullah Xomeyninin dəstəkləyən tələbələr ABŞ səfirliyinə basqın edərək onlarla amerikalını girov götürmüşdülər. Hücum bu günə qədər bölgədə əks-səda doğuran diplomatik böhrana səbəb olmuşdu.
İranın İslam İnqilabı dövründə tələbələr böyük, qəzəbli izdihamın dəstəyi ilə ABŞ səfirliyinə nəzarəti ələ keçirmişdilər. Onlar ölkənin keçmiş lideri Şah Məhəmməd Rza Pəhləvinin xərçəng xəstəliyinin müalicəsi üçün ABŞ-a qəbul edilməsindən hiddətləndiklərini bildirmişdilər.