Accessibility links

Azərbaycan Suriyada kimyəvi silahdan istifadəni kəskin pisləyir


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti Suriyada kimyəvi silahdan istifadəyə dair açıqlama yayıb

Suriyada kimyəvi silahların istifadəsinə dair Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti açıqlama yayıb.

Məlumatda deyilir:

- Azərbaycan Suriyada kimyəvi silahlardan istifadə olunmasını və onların bütün formalarda tətbiqini kəskin şəkildə pisləyir.

- Biz təhlükəsizlik və siyasi baxımdan olduqca çətin şəraitdəki fəaliyyətlərinə və nümayiş etdirdikləri peşəkarlığa görə BMT-nin Suriyada kimyəvi silahlardan istifadə edilməsi iddialarının araşdırılması üzrə Missiyasının üzvlərinə təşəkkürümüzü bildiririk.

- Azərbaycan Rusiya ilə ABŞ arasında Suriyanın kimyəvi silah ehtiyatının mühafizəsinin təşkili və məhv edilməsinə dair əldə olunmuş anlaşmanı dəstəkləyir.

- Suriya böhranının siyasi həllinə nail olunması üçün Azərbaycan BMT-də və o cümlədən BMT Təhlükəsizlik Şurasında bütün maraqlı tərəflərlə birgə fəaliyyətə hazırdır.

- Gözlənilir ki, Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının İcraiyyə Şurasının Suriyanın kimyəvi silahlarının tez bir zamanda məhv edilməsi və onun üzərində sərt yoxlama rejiminin tətbiqi üzrə xüsusi prosedurları nəzərdən keçirəcək və bu xüsusda müvafiq qərar qəbul edəcəkdir.

- Ümumiyyətlə, Azərbaycan daima TŞ-ni beynəlxalq sülhün və təhlükəsizliyin bilavasitə qorunmasına məsul bir qurum kimi qəbul etmiş, onun qərar və qətnamələrini mütləq şəkildə yerinə yetirilməsini zəruri hesab etmişdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG