Accessibility links

İranın Xarici İşlər Nazirliyi prezident Həsən Ruhaninin Barak Obama ilə məktublaşdığını təsdiq edib


İranın Xarici İşlər Nazirliyi prezident Həsən Ruhaninin Barak Obama ilə məktublaşdığını təsdiq edib. Nazirliyin sözçüsü .

1980-ci ildən Amerika ilə İran arasında rəsmi diplomatik münasibətlər ABŞ-ın Tehrandakı səfirliyinə hücumdan sonra kəsilib. Lakin son zamanlar hər iki ölkə rəsmiləri İranın mübahisəli nüvə proqramına dair birbaşa diplomatik danışıqlara hazır olduqlarını deyir.

Barak Obama ötən bazar günü İran prezidenti Həsən Ruhani ilə də Suriyadakı vəziyyətlə bağlı məktublaşdıqlarını bildirib.

ABŞ dövlət başçısı bildirib ki, İranın nüvə proqramı ilə bağlı narahatlıqlar Suriya kimyəvi silahları ilə bağlı narahatlıqlardan daha böyükdür.

ABC News-a müsahibəsi zamanı Obama deyib ki, İranın İsrailə qarşı təhlükəsi bizim maraqlarımıza ziddir və bu, regionda silah yarışını artırmaqla yanaşı sabitliyə təhlükədir.
XS
SM
MD
LG